“Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq...
Demokratiyanın inkişafı istiqamətində çox səylə işləməyi davam etdirəcəyik...” Amerikanın Azərbaycandakı səfiri bildirib
Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar iyunun 10-da ABŞ və Azərbaycan hökuməti Azərbaycanda səhiyyə sahəsində tərəfdaşlığın 10 illiyinə həsr olunmuş tədbirdən öncə jurnalistləri maraqlandıran suallar cavab verib.
Səfir Amerikanın Səsinin ABŞ mediasında bu ölkənin Azərbaycana yönəldilmiş qrantlarının demokratiyanın inkişafına xidmət etmədiyi barədə məqalə ilə bağlı sualının cavabında deyib ki, həmin məqalədən xəbərdardır.
“Bu maraqlı məqalədir. Məsələ qrantların demokratiya layihələrinə ayrılıb-ayrılmamasından getmir. Çünki qrantlar doğrudan da demokratiya layihələrinə ayrılır. Məsələ bu qrantların nə dərəcədə effektiv ayrılması və həyata keçirilməsindədir”
Onun sözlərinə görə, heç kim heç zaman iddia etməyib ki, demokratiyanın inkişafı, təşviqi asandır.
“Sizə onu deyə bilərəm ki, biz Azərbaycanda vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı istiqamətində çox səylə işləməyi, fəaliyyət göstərməyi davam etdirəcəyik. Biz bu zaman sadə vətəndaşlar səviyyəsindən fəaliyyətimizi davam etdirəcəyik. Eyni zamanda hökumətlə demokratiya və insan haqları məsələləri üzrə fəaliyyətimizi davam etdirəcəyik.
Hesab edirik ki, bu iki səbəbdən önəmlidir. Birincisi, bu bizim dəyərlərimizi əks etdirir. İkincisi, hesab edirik ki, Azərbaycanın və hökumətin marağındadır ki, demokratiyanı daha da inkişaf etdirsin. Bu Azərbaycanda daha yüksək, daha güclü sabitliyə şərait yaradacaq. Eyni zamanda, bu ölkələrimiz arasındakı əlaqələrin əsas hissəsini təşkil edəcəkdir.
Bir şeyi də qəbul etmək lazımdır ki, ölkələr fərqlidir və müxtəlif məsələlər müxtəlif ölkələrdə özünü müxtəlif cür doğruldur, müxtəlif cür həyata keçirilə bilir. Biz vətəndaş cəmiyyəti və hökumətlə fəaliyyətimizi davam etdirməliyik”, o qeyd edib.
R.Morninqstar Amerikanın Səsinin Azərbaycan xarici işlər nazirinin Amerika dövlət katibi ilə görüşünün nəticələri və bu görüşdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmaması ilə bağlı sualının cavabında deyib ki, Azərbaycan xarici işlər nazirin səfəri yaxşı səfər olub.
“Xarici işlər naziri dövlət katibi ilə yaxşı görüş keçirib. Dövlət katibi Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanmasının necə əhəmiyyətli olmasını vurğulayıb. O əlindən gələni etmək istəyir ki, münaqişə nizamlansın, həll olunsun.
İki ölkə prezidenti arasında görüşə gəlincə, biz ümidvarıq ki, bu görüş baş tutacaq. Mən sizə bu görüşün dəqiq vaxtını deyə bilmərəm, onu vurğulaya bilərəm ki, biz ümidvarıq ki, bu görüş çox da uzaq olmayan gələcəkdə, baxın mən demirəm ki, yaxın gələcəkdə, mən deyirəm ki, çox da uzaq olmayan gələcəkdə bu görüş baş tutacaq. Belə bir görüşün nə vaxt baş tutacağı sonda, nəhayətdə hər iki ölkənin prezidentlərindən asılı olacaq. Bir daha ümidvaram ki, bu çox uzun vaxt aparmayacaq”.
Səfir müxbirlərin “ABŞ Milli Demokratiya İnstitutu (NDİ) Azərbaycanda fəaliyyətini davam etdirəcəkmi və Baş Prokurorluğun Sizə cənad Qriqoryevin (NDİ-nin Bakı
ofisinin rəhbəri) hesabına bir milyon dollar vəsait göndərilməsi ilə bağlı məktubuna aydınlaşdırıcı cavab verilibmi?” suallarının cavabında bir neçə gün öncə verdiyi bəyanata istinad edərək deyib:
“Mənə Azərbaycan hökuməti tərəfindən məlumat verilib ki, NDİ məsələsi artıq həll edilib. NDİ Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün öz fəaliyyətini davam etdirəcək. Bu xəbər hökumət tərəfindən mənə NDİ tərəfindən həmin bir milyon vəsaitin necə xərclənməsi barəsində ətraflı məlumat verildikdən sonra verilib. Bu verilən məlumatın bütün sualları cavablandırması şəxsən məni qane edib”, o qeyd edib.
Səfir Amerikanın Səsinin ABŞ mediasında bu ölkənin Azərbaycana yönəldilmiş qrantlarının demokratiyanın inkişafına xidmət etmədiyi barədə məqalə ilə bağlı sualının cavabında deyib ki, həmin məqalədən xəbərdardır.
Biz bu zaman sadə vətəndaşlar səviyyəsindən fəaliyyətimizi davam etdirəcəyik.
Onun sözlərinə görə, heç kim heç zaman iddia etməyib ki, demokratiyanın inkişafı, təşviqi asandır.
“Sizə onu deyə bilərəm ki, biz Azərbaycanda vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı istiqamətində çox səylə işləməyi, fəaliyyət göstərməyi davam etdirəcəyik. Biz bu zaman sadə vətəndaşlar səviyyəsindən fəaliyyətimizi davam etdirəcəyik. Eyni zamanda hökumətlə demokratiya və insan haqları məsələləri üzrə fəaliyyətimizi davam etdirəcəyik.
Hesab edirik ki, bu iki səbəbdən önəmlidir. Birincisi, bu bizim dəyərlərimizi əks etdirir. İkincisi, hesab edirik ki, Azərbaycanın və hökumətin marağındadır ki, demokratiyanı daha da inkişaf etdirsin. Bu Azərbaycanda daha yüksək, daha güclü sabitliyə şərait yaradacaq. Eyni zamanda, bu ölkələrimiz arasındakı əlaqələrin əsas hissəsini təşkil edəcəkdir.
Bir şeyi də qəbul etmək lazımdır ki, ölkələr fərqlidir və müxtəlif məsələlər müxtəlif ölkələrdə özünü müxtəlif cür doğruldur, müxtəlif cür həyata keçirilə bilir. Biz vətəndaş cəmiyyəti və hökumətlə fəaliyyətimizi davam etdirməliyik”, o qeyd edib.
R.Morninqstar Amerikanın Səsinin Azərbaycan xarici işlər nazirinin Amerika dövlət katibi ilə görüşünün nəticələri və bu görüşdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmaması ilə bağlı sualının cavabında deyib ki, Azərbaycan xarici işlər nazirin səfəri yaxşı səfər olub.
Biz ümidvarıq ki, bu görüş çox da uzaq olmayan gələcəkdə, baxın mən demirəm ki, yaxın gələcəkdə, mən deyirəm ki, çox da uzaq olmayan gələcəkdə bu görüş baş tutacaq.
İki ölkə prezidenti arasında görüşə gəlincə, biz ümidvarıq ki, bu görüş baş tutacaq. Mən sizə bu görüşün dəqiq vaxtını deyə bilmərəm, onu vurğulaya bilərəm ki, biz ümidvarıq ki, bu görüş çox da uzaq olmayan gələcəkdə, baxın mən demirəm ki, yaxın gələcəkdə, mən deyirəm ki, çox da uzaq olmayan gələcəkdə bu görüş baş tutacaq. Belə bir görüşün nə vaxt baş tutacağı sonda, nəhayətdə hər iki ölkənin prezidentlərindən asılı olacaq. Bir daha ümidvaram ki, bu çox uzun vaxt aparmayacaq”.
Səfir müxbirlərin “ABŞ Milli Demokratiya İnstitutu (NDİ) Azərbaycanda fəaliyyətini davam etdirəcəkmi və Baş Prokurorluğun Sizə cənad Qriqoryevin (NDİ-nin Bakı
Bu xəbər hökumət tərəfindən mənə NDİ tərəfindən həmin bir milyon vəsaitin necə xərclənməsi barəsində ətraflı məlumat verildikdən sonra verilib.