Rəsmən dövlətin maliyyə vəsaitlərinin tükənməsinə bir həftə qalmış Respublikaçıların ABŞ borc böhranını aradan qaldırmaq barədə planı bu gün Konqresdə səsverməyə qoyulacaq.
Respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatasında qanunvericilər spiker John Boehner-in irəli sürdüyü ölçü üzərində səs verirlər. Həmin plana əsasən ABŞ-ın 14.3 trilyon dollar həcmindəki borc tavanı milyardlarla dollar xərcləmə ixtisarları müqabilində qaldırılacaq.
Prezident Barak Obama qanuna veto qoyacağını deyib. Senatdakı Demokratlar, habelə ultra-mühafizəkar Çay Ziyafəti hərəkatının təmsilçiləri olan Respublikaçılar da planın əleyhinə çıxırlar.