Accessibility links

Prezident Obama:"Razılığın əldə edilməməsi bağışlanılmazdır"


Prezident Obama:"Razılığın əldə edilməməsi bağışlanılmazdır"
Prezident Obama:"Razılığın əldə edilməməsi bağışlanılmazdır"

ABŞ prezidenti Barak Obama Konqresdəki respublikaçılar və demokratları ölkənin borc limitinin qaldırılmasına dair plan üzrə razılığa gəlməyə çağırıb. Bu gün həfətlik radio müraciətində perzident Obama deyib ki, tərəflər ABŞ-ın öz maliyyə öhdəliklərini ödəyə bilməsi üçün çərənbə axşamı gününə kimi qoyulmuş möhlətə qədər kompromis əldə etməlidir. O bildirib ki, tərəflərin bir sıra məsələlər üzrə mövqeyi yaxındır və razılığın əldə edilməməsi bağışlanılmaz olardı. Cümə günü demokratların nəzarətində olan Senat respublikaçıların ölkənin borc limitini 14,3 trilyon dollardan artıq səviyyəyə qaldırmaq haqda planını qarşısını aldı. Nümayəndələr Palatasında təsdiq edilmiş plan spiker Con Beyner tərəfidən irəli sürülüb.

XS
SM
MD
LG