Respublikaçıların nəzarətində yeni Konqres işinə başladı [Fotoqalereya]

Respublikaçıların Nümayəndələr Palatası və Senata nəzarəti ələ aldığı yeni ABŞ Konqresi işinə başlayıb. Mühafizəkar respublikaçı qanunvericilərin bir hissəsi prezident Obamanın yürütdüyü siyasi kursun istiqamətini dəyişmək əzmindədir.

Müxalif respublikaçılar noyabr ayında ara seçkilərdə qələbə əldə etdikdən sonra Konqresə nəzarətə son illər ən çox yer qazanaraq başlayır.

Respublikaçılar Nümayəndələr Palatasında 435 yerdən 246 yeri qazanaraq, son 70 ildə ən böyük üstünlük əldə edib. Senatda 100 yerdən 55-i də hazırda respublikaçı qanunvericilərə məxsusdur.

Senatda respublikaçı əksəriyyətin lideri senator Mitç Makkonnel CNN televiziyasına müsahibədə qanunvericilər qarşısında ilk vəzifənin Kistoun neft kəməri layihəsini təsdiq etməkdən ibarət olacağını deyib.

Respublikaçı senatorlar yeni iclası mübahisəli Kistoun neft kəmərinə dair qanun layihəsinin təsdiq edilmək üçün təqdimatı ilə başlayıblar. Tərəfdarlar neft kəməri layihəsinin yeni iş yerlərinin açılmasına və ABŞ-ın enerji asılılığının azalmasına yol açacağını bildirir. Demokrat opponentlər isə neft kəməri layihəsinin ətraf mühit üçün fəlakətlə nəticələnəcəyini deyir.

Ağ Evə yeni Konqresdə atılmış bu addımın veto ilə qarşılaşacağı ilə bağlı xəbərdarlıq edib.

Qanunvericilər həmçinin Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədlərə səs verib. Hazırkı spiker Con Beyner Respublikaçılar partiyası daxilində mühafizəkar blokun nümayəndəsinin 25 əleyhinə səsinə baxmayaraq, yenidən bu mühüm vəzifəyə seçilib.

Con Beyner Nümayəndələr Palatasında 408 səsdən 216 səs qazanaraq, demorkatların lideri və keçmiş spiker Nensi Pelozini məğlub edib. Nensi Pelozi 164 səs alıb.

Respublikaçı qanunvericilərin prezident Obamanın ən böyük nailiyyətlərindən biri hesab edilən səhiyyə islahatı proqramı və onun mühacirətə dair prezident sərəncamını ləğv etməyə çalışacağı gözlənilir.

Prezident Obama xəbərdarlıq edib ki, o, respublikaçılar tərəfindən təqdim edilmiş qanun layihələri ilə razılaşmadığı halda onlara veto qoyacaq. Hər iki palatada böyük əksəriyyət əldə etmələrinə baxmayaraq, respublikaçılar prezidentin vetosunu ləğv etmək üçün kifayət qədər səsə malik deyillər.

Yeni Konqresin Nümayəndələr Palatasının spikeri yenidən Con Beyner seçilib.

ABŞ prezidenti Barak Obama yeni Konqreslə işləməyə hazır olduğunu bildirirərək deyib ki, vergi islahatları və beynəlxalq ticarətə dair müqavilələr də daxil olmaqla, bir sıra məsələlərdə kompromis