Accessibility links

Konqres hökümətin bağlanmasının qarşısını alıb


ABŞ prezidenti Barak Obama hökumətin iki gün müddətinə maliyyələşdirilməsinə imkan verən və qısa müddətə federal hökümətin bağlanmasının qarşısını alan qanunu imzalayıb.

Cümə axşamı Konqresin hər iki palatası büdcə xərclərinə dair mübahisəli planı qəbul edib.

Senat hökümətin bağlanmasının qarşısını almaq üçün artıq şənbə günü gecə yarısına qədər daha genişmiqyaslı büdcə xərcləri planını qəbul etməlidir.

Senatın Nümayəndələr Palatasında olduğu kimi 1,1 trilyonluq büdcə xərclərinə dair qanununu qəbul edəcəyi gözlənilir. Bu büdcə 2015-ci ilin sentyabr ayına qədər dövlət xərclərinin ödənilməsinə imkan verəcək.

Nümayəndələr Öalatasının respublikaçı spikeri Con Beyner cümə axşamı iki günlük olsa belə büdcə xərclərinə dair plan qəbul edilməsə, qanunvericilərin dekabrın 25-i Milad bayramına qədər Konqresdə qalacaqlarını deyib.

Mühafizəkar respublikaçıların qanuna daxil olmayan maddələr, liberal demokratların isə qanuna daxil olan maddələrə görə narazılıqlarına baxmayaraq, hər iki partiyadan olan qanunvericilər və prezident Obama qanunun qəbul edilməsinə təkid edib.

XS
SM
MD
LG