Redvud meşələrinə gedən yol

Your browser doesn’t support HTML5

Bu dəfəki səfərimizin ilk dayanacaq nöqtəsi dünyanın ən nəhəng və ecazkar ağaclarının yerləşdiyi Redvud Milli parkı oldu. Kaliforniya ştatının şimal-qərbində böyük bir ərazini əhatə edən Redvud 4 müxtəlif ştat parkından - Gededay Smit, Del Norte, Preri Krik və Redvud parklarından ibarətdir. Planımız növbəti 5-6 günü bu Redvud milli parkına daxil olan 3 ştat parkını kəşf etmək və hündürlüyü 200-300, eni 3-4 metrə, ömrü isə 1200-1800 ilə çatan bu Sekvoya sinfinə aid ağaclarla dolu meşələri gəzməklə keçirməkdir.