Ərəb Liqası Əsəd hökuməti ilə Suriya müxalfəti arasında danışıqlara vasitəçi olmağa çalışır

  • Amerikanın səsi

Ərəb Liqası Əsəd hökuməti ilə Suriya müxalfəti arasında danışıqlara vasitəçi olmağa çalışır

Ərəb Liqası komitəsi Suriya prezidenti Bəşar əl-Əsədlə Suriya hökuməti ilə müxalifət liderləri arasında dialoqa başlamağı müzakirə edir. Bu arada Suriyada cərəyan edən zorakılıqlarda 11 adam, o cümlədən 9 əsgər öldürülüb.

Suriya İnsan Haqları müşahidəçiləri qrupu bildirir ki, mərkəzi Həma regionunda təhlükəsizlik qüvvələrinin maşını raketlə vurulduqdan sonra 9 əsgər həlak olub. Raketin ordudan qoöaraq müxalifətə qoşulmuş qüvvələr tərəfindən atıldığı güman edilir.

Müxalifət liderləri çərşənbə günü əhalini bütün Suriya boyu tətilə çağırıblar. Röyters xəbər agentliyi Homs və bir sıra başqa şəhərlərdə dükanların bağlı qaldığını xəbər verib.

Bəşar əl-Əsəd dünya ictimaiyyətindən,o cümlədən qonşu ərəb dövlətlərindən ölkədə minlərlə adamın ölümünə səbəb olmuş basqılara görə təzyiqlərlə üzləşir.