Accessibility links

ABŞ Suriyadan səfirini çıxarıb


ABŞ Suriyadan səfirini çıxarıb
ABŞ Suriyadan səfirini çıxarıb

Birləşmiş Ştatlar təhlükəsizliyinin qorunması məqsədi ilə Suriyadakı səfirini geri çağırıb. Dövlət Departamentinin rəsmisi Mark Toner Vaşinqtonun Suriyadakı səfiri Robert Fordu ölkədən çıxarmaq barədə qərarı ona qarşı edilən təhdidlərdən sonra verdiyini deyib.

Birləşmiş Ştatlar rəsmilərinin Ribert Fordun artıq Suriyanı bir neçə gün əvvəl tərk etdiyini deməsinə baxmayaraq, cənab Toner onun yenidən ölkəyə nə vaxt qayıdacağının məlum olmadığını deyib. Cənab Toner onu da əlavə edib ki, ABŞ Suriya hökumətinin səfirə qarşı təhdid kampaniyasını dayandıracağına ümid edir.

XS
SM
MD
LG