İraq İslam dövləti qrupu dinini dəyişən və İraq sünnilərinə qarşı vasitəyə çevrilən satqınlar səbəbilə hücumu həyata keçirdiyini bildirir
İslamçı veb səhifənin bildirdiyinə görə, bu həftə İraqda 60-a yaxın adamın ölümünə səbəb olan partlayışın məsuliyyətini Əl-Qaidəyə bağlı qrup öz üzərinə götürüb. Səhifəyə yazır ki, İraq İslam dövləti qrupu dinini dəyişən və İraq sünnilərinə qarşı vasitəyə çevrilən satqınlar səbəbilə hücumu həyata keçirdiyini bildirir. Hücum Bağdadın hərbi çağırış məntəqəsinin qarşısında olub. Hadisə zamanı 59 nəfər həlak olub, 125 insan isə yaralanıb. Bu, müqəddəs Ramazan ayı başlayandan bəri İraqda həyata keçirilən ən qanlı hadisədir.