2003-cü ilin mart ayında ABŞ-ın İraqa müdaxiləsində bəri baş verən əsas hadisələr:
1) 2003-cü il, 20 mart: ABŞ qüvvələri Küveytdən İraqa daxil olur.
2) 2003-cü il, 9 aprel: ABŞ qüvvələri Bağdadı ələ keçirir və Səddam Hüseynin abidəsinin yıxır.
3) 2003-cü il, 1 may: prezident Corc Buş İraqda hərbi əməliyyatların sona çatdığını elan edir.
4) 2003-cü il, 13 dekabr: Səddam Hüseyn doğulduğu Tikrit şəhəri yaxınlığında ələ keçirilir.
5) 2006-cı il, 22 fevral:Samara şəhərində şiə məbədinin bombalanması təriqətlərarası zorakılığın geniş şəkildə baş qaldırmasına yol açır.
6) 2006-cı il,19 dekabr: prezident Buş ABŞ-ın müharibəni uduzmaqda olduğunu etiraf edir.
7) 2006-cı il, 30 dekabr: Səddam Hüseyn edam olunur.
8) 2007-ci il, 10 yanvar: Prezident Buş əlavə 21 000 əsgərin İraqa göndərilməsini bəyan edir.
9) 2007-ci il, dekabr: 2007-ci ildə ölən ABŞ əsgərlərinin sayı 900-ə yaxın olur. Bu, müharibə ərzində ən çox əsgərin öldürüldüyü ildir.
10) 2008-ci il, 17 noyabr: ABŞ və İraq 2011-ci ilədək Amerika qüvvələrinin ölkədən çıxması barədə razılığa gəlir.
11) 2009-cu il, 27 fevral: ABŞ prezidenti Barak Obama 2010-cu il avqust ayının 31-dək 50 mini istisna olmaqla bütün Amerika qüvvələrinin İraqdan çıxacağını bəyan edir.
12) 2010-cu il, 24 avqust: gözlənildiyindən bir həftə əvvəl İraqda hərbi əməliyyatlar sona çatır. İraq qüvvələrinə təlim keçmək və məsləhət vermək üçün ölkədə 50 000 Amerika əsgəri qalır.