İraq hökuməti Türkiyədən hava zərbələrinə son qoymağı tələb edir

  • Amerikanın səsi

İraq hökuməti Türkiyədən hava zərbələrinə son qoymağı tələb edir

İraq hökuməti Türkiyənin səfirindən ölkənin şimalında hava zərbələrinə son qoymağı tələb edib.

İraq xarici işlər nazirliyi hava zərbələrinə qarşı rəsmi şikayət notası verib. Notada zərbələr nəticəsində yeddi mülki vətəndaşın həlak olduğu deyilir.

Çərşənbə axşamı Türkiyə hərbçiləri İraqın şimalında 100-ə yaxın kürd separatçısını öldürdüklərini xəbər vermişdilər. Hava zərbələri PKK yaraqlılarının Türkiyə əsgərlərinə hücumlarının artmasından sonra başlanıb.