İran iqtisadi sanksiyaların artmaqda olan təsirlərinə reaksiya göstərir

İran iqtisadi sanksiyaların artmaqda olan təsirlərinə reaksiya göstərir

İran iqtisadi sanksiyaların armaqda olan təsirlərinə reaksiya göstərir. ABŞ və BMT-nin son saksiyaları İran iqtisadiyyatına mənfi təsirini artıq göstərməkdədir. İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi iranlıları daha gərgin işləməyə,daha təşəbbüskar və yaradıcı olmağa çağırıb.

İran iqtisadi sanksiyaların armaqda olan təsirlərinə reaksiya göstərir. ABŞ və BMT-nin son saksiyaları İran iqtisadiyyatına mənfi təsirini artıq göstərməkdədir. İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi iranlıları daha gərgin işləməyə,daha təşəbbüskar və yaradıcı olmağa çağırıb. İranın vitse-prezidenti Məhəmməd Rza Rəhimi dünən jurnalistlərlə söhbəti zamanı dollar və avro ilə neftin satışının dayandırılcağını söyləyib. Bu, İran tərəfindən bu növ ilk təhdiddir.

Bu həftə Avropa İttifaqının Brüssel görüşü zamanı İranın enerji sektoruna yeni sanksiyalar tətbiq edilmişdi. Sanksiyalar bazar ertəsi günü Avropa İttifaqınn xarici işlər nazirləri tərəfindən təsdiq edilməlidir.

İranın neft naziri Məsud Mir Kazemi də daxil edilməklə, İran nümayəndələri bu həftə Ankarada türkiyəli həmkarları ilə görüşüb, yeni qaz kəmərinin inşası və bu yolla Türkiyənin daha artıq qazla təmin edilməsi barədə razılıq imzalayıblar. İran buna bənzər razılıqları Pakistanla da əldə edib.

İranın neft nazirinin müavini Cavad Ovjinin dediyinə görə, Türkiyə sərhədləri yaxınlığındakı Minadana və Bazarqan bölkələrindən keçəcək yeni boru kəməri Türkiyəni daha artıq qazla təmin edəcək. O, layihənın 77 faizinin Türkiyənin, 23 faizinin isə İranın payına düşdüyünü deyib.Nazir müavininin bildirdiyinə görə, kəmərin inşası 3 ilə başa catdırılmalıdır.

Bu arada İranın ticarət naziri Mehdi Qəzənfəri İranın yük gəmilərinin yoxlanmasına yol verilməyəcəyi barədə xəbərdarlıq verib. Baxmayaraq ki, BMT sanksiyaları İran gəmiləri və təyyarələrinin təftişini qanuniləşdirib.