Accessibility links

Türkiyə-İran münasibətləri


Türkiyə-İran münasibətləri
Türkiyə-İran münasibətləri

Ankara və Tehran arasında münasibətlər əvvəlkindən daha möhkəm kimi görünsə də, Türkiyənin Yaxın Şərqdə siyasi və iqtisadi gücünün artması tədricən İranı kənarda qoya bilər

Türkiyə və İran arasında sərhəddin uzunluğu 500 kilometrdir. İki ölkə arasında illik ticarət dövriyyəsi 7,5 milyard dollar təşkil edir. Hər il bir milyon iranlı Türkiyəyə səfər edir.

Lakin aprel ayında Türkiyə prezidenti Abdulla Gül pakistanlı və əfqan həmkarları ilə Əfqanıstanda vəziyyətə dair foruma ev sahibliyi edəndə, İran prezident səviyyəsində orada təmsil olunmayan bir neçə ölkədən biri idi.

Türkiyə-İran münasibətləri ilə məşğul olan təhlilçi Elliot Hen-Tov bunun səbəbini izah edir. “İran Türkiyədən tamamilə razı deyil. Heç vaxt da olmayacaq.”

Hen-Tov deyir ki, İran liderləri 30 il bundan əvvəl İslam inqilabı baş verəndə onun yarısı qədər zəngin olan bir ölkənin indi ondan iki dəfə zəngin olmasını çaşqınlıq və həsəd hissi ilə qarşılayırlar. “Durğunluq, inkişaf etməmiş qonşusunun indi model, lider olmasını görmək çox məyusedicidir. Bu, müəyyən mənada siyasi münasibətlərə təsir göstərir. Türkiyənin liderliyini qəbul etməyə hələ var.”

Son illər Ankara və Tehran arsında siyasi dinamika başdan dəyişib. Bu gün Türkiyə Yaxın Şərqdə əsas siyasi və iqtisadi qüvvədir. Türkiyə dünyada iqtisadi cəhətdən ən çox inkişaf etmiş 16-cı ölkədir. İran Ankaraya iqtisadi cəhətdən faydalanmaq və əməkdaşlıq üçün üz tutub.

Türkiyə İsrail və Suriya arasında münaqişədə vasitəçilik edib, Livanda siyasi birliyin yaradılmasında, Suriya və Səudiyyə Ərəbistanı liderlərinin bir araya gətirilməsində rol oynayıb. Lakin hazırkı siyasi strategiya aparan Türkiyə İranın həmçinin müsəlman dünyasının müdafiəçi rolunu əlindən alır. Keçən həftə Ankara Fələstin ərazilərində İsrailin etirazına baxmayaraq, sənaye zonasının yaradılması niyyətində olduğunu bildirmişdi.

İsrailin keçən ay Qəzzada Türkiyənin flotiliyasına hücum etməsi Türkiyəni fələstinlilərin yeni müdafiəçisi rolunun güclənməsinə xidmət etdi.“Region və onun hüdudlarından kənard MustaaZaffin, yəni əzilənlərin müdafiəçisi kimi rol əvəllər İranın bir hissəsini oynadığı rol idi. İran özünü inqilab kontekstində lider kimi görə bilər, lakin o vaxt ortada o var idi. İndi isə buna daha yaxşı alternativ görürsünüz. “

Təhlilçilər deyir ki, ərəb küçələrində sünni Türkiyədə mövcud liberal islamın regionda davamlı münaqişələrin həlli səylərinə rəhbərlik edə biləcəyi ilə bağlı ümidlər var. Bu o deməkdir ki, Yaxın Şərqdə aparıcı ölkələr islam respublikasının siyasi dəstəyinə arxalanmır. Keçən həftə Həmas flotiliyaya hücumdan sonra İranın Qəzzaya gedən gəmini müşayət etmək haqda təklifini rədd edərək, İranın köməyinin yalnız vəziyyəti mürəkkəbləşdirə biləcəyini bildirmişdi.

“İranın tərəfdarları, ya da onunla əlaqəsi olan Hizbullah və Həmas kimi qruplar İranın nüfuzunun Türkiyənin nüfuzu qədər dəyərli olmadığına dair siqnalı çox tez başa düşüb.”

Birləşmiş Ştatlarda etibarlı sorğular göstərir ki, fələstinlilərin demək olar yarısı və livanlıların 60 faizi İrana meylli deyil.

Türkiyənin özü də daxil olmaqla, müsəlman əhalisi çox olan ölkələrdə eyni sorğular prezident Mahmud Əhmədinejadın dünya məsələlərində düzgün işlər görə biləcəyinə etibarın olmadığını göstərir. İran Türkiyənin nüfuzunun artmasına qarışıq reaksiya göstərə bilər, lakin Ankara qonşusunun nüvə proqramına görə hərbi gücə yol verilmədən məsələni həll edə biləcəyinə əmindir. Ankara və Tehranın bölüşdüyü bu maraq bu iki qonşu ölkəni ən sıx bağlayan bir əlaqədir. Türkiyə rəsmiləri keçən ay Vaşinqtonda hökumətin BMT-nin Tehrana qarşı sanksiyaların sonuncu raundu əleyihə səs verməsini müdafiə ediblər.

Türkiyənin ABŞ-dakı səfiri Namik Tan.

“Sanksiyalar, ya da qüvvədən istifadə edildikdə, ən çox zərər çəkən Türkiyə olacaq. Bizdən bu yükü çəkməyimizi istəyirlərsə, bizə İranla effektiv dialoq aparmağa imkan da verilməlidir. Biz İranın düz yanındayıq, sizin kimi 10 000 kilometr uzaqda gözəl bir ölkədə yaşamırıq.”

Iran liderlərinin Türkiyənin regionda nüfuzunun artmasına həsəd etməsinə baxmayaraq, Tehran Türkiyəyə ümumilikdə müsbət qüvvə kimi baxır. İran Rusiyadan sonra Türkiyəni təbii qazla təmin edən ikinci ölkədir. Türkiyə həm də NATO-nun və müəyyən mənada İsrailin İranın sərhədlərinə yaxınlaşmamasında bufer rolunu oynayır. Lakin Hen-Tov kimi təhlilçilər deyir ki, Ankaranın müsəlman dünyasında nüfuzu Tehranın ərəb küçələrində mövcudluğunu tamamilə kölgəyə salır. Əvvəl-axır Türkiyənin uğuru, İran üçün itki ola bilər.

XS
SM
MD
LG