Accessibility links

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə
ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

İranın öhdəliklərə əməl etməməsi beynəlxalq ictimaiyyətin İran hökumətinə qarşı təzyiqlərini artırıb

İranın silahların yayılmamasına dair beynəlxalq öhdəliklərə əməl etməməsi beynəlxalq ictimaiyyətin İran hökumətinə qarşı təzyiqlərini artırıb.İyun ayında BMT-nin Təhlükəsizlik Şurası 4-cü raund sanksiyalara dair 1929 saylı qətnaməni təsdiq edib. Qətnamənin təsdiqinə İranın nüvə fəaliyyətlərinin dayandırılması və nüvə fəaliyyətlərinin sülh mahiyyəli olduğunu sübut etmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq barədə Təhlükəslik Şurasının öhdəliklərindən boyun qaçırması səbəb olub. ABŞ bu qətnaməyə əlavə olaraq İranın nüvə proqramına maddi cəhətdən yardım edən təsisatlar və fərdlərə qarşı sanksiyalar tətbiq edib. Bu yaxınlarda Avstraliya da Avropa İttifaqı və Kanadaya qoşularaq, İrana qarşı sərt sanksiyaların tətbiq edildiyini bəyan edib. Sanksiyalar İranın maliyyə, nəqliyyat, ticarət, enerji sektorları və İslam İnqilabı Keşikçiləri Korpusuna şamil edilir.

ABŞ döblət departamentinin sözçüsü P.J. Krouli Avropa İttifaqı və Kanadanın bu addımını alğışlayıb.“Amerikanın yeni və əvvəlki sanksiyaları ilə bərabər bu ölçülər İranın nüvə proqramı və bu ölkənin beynəlxalq öhdəliklərə əməl etmədiyinə dair beynəlxalq ictimaiyyətin narahatlığının artmasına sübutdur. Şirkətlərin İranla əməkdaşlıqdan imtina etməsi artıq öz təsirlərini biruzə verir. ”

ABŞ dövlət katibi Hillari Klinton və Amerikanın maliyyə naziri Timoti Qaytnerin birgə bəyanatında Avropa İttifaqı və Kanadanın qərarı alqışlanıb. Lakin buna ehtiyac duyulduğuna dair təəssüf bildirilib. Dövlət katibi və maliyyə naziri Amerikanın İranın nüvə proqramına dair beynəlxalq ictimaiyyətin narahatlılarının diplomaik yolla həllinə üstünlük verdiyini deyib. “Biz Avropa İttifaqı, Kanada və BMT-nin Təhlükəsizlik Şurasının üzvləri və Almaniya ilə əməkdaşlığı İranın nüvə danışıqlarına qayıtmasına dair təklif i qəbul etməsi üçün iki səmtdə-təzyiq və cağırışlarla davam etdirəcəyik. Biz bir daha İran liderlərini qarşıdurma və təcrid deyil, əməkdaşlıq və məsuliyyət yolunu seçməyə çağırırıq- deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG