BMT-nin nüvə agentliyi İranda nüvə silahının istehsal olunduğu ehtimal edilən obyektləri yoxlamaq barədə razılığa gəlmək üçün Tehranda İslam Respublikasının yüksək rütbəli rəsmiləri ilə danışıqlar aparır. Beynəlxalq Atom Enerji Agentliyinin rəhbəri Yukio Amano bu gün İrana birgünlük səfəri zamanı həmin ölkənin nüvə enerji təşkilatının rəhbəri Firudin Abbasi-Davani ilə görüşüb.
Bu günün sonuna qədər cənab Amano İranın nüvə məsələləri üzrə yüksək rütbəli vasitəçisi Səid Cəlali və İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə də görüşlər keçirəcək.
Bu, cənab Amanonun 2009-cu ildə BMT-nin nüvə agentliyində vəzifəyə başlamasından bəri İrana ilk səfəridir. Vyananı tərk etməzdən əvvəl o, ötən həftə Avstriya paytaxtında Beynəlxalq Atom Enerji Agentliyinin aşağı səviyyəli nümayəndələri ilə İran rəsmiləri arasında start götürmüş müsbət başlanğıcın davam edəcəyinə ümid ifadə etmişdi.