İran BMT-nin nüvə agentliyi ilə danışıqlara nikbinliklə yanaşır

  • Amerikanın səsi

İran BMT-nin nüvə agentliyi ilə danışıqlara nikbinliklə yanaşır

İranın BMT-nin nüvə agentliyi ilə danışıqlara hazır olduğunu bildirdiyiyi vaxt o öləkənin nüvə proqramına dair narahatlıqlar getdikcə artır. İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib ki, İran müzakirələrin doğru səmtdə aparılacağına nikbinliklə yanaşır. Salehi bu sözləri BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətlərinə dair ciddi fərqlər və narahatlıqlar mövcud olduğunu bildirməsindən sonra deyib. BMT müfəttişləri keçən həftə Tehrana səfər etdikdən sonra bu haqda açıqlama verib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatında deyilir ki, İranla agentlik arasında heç bir razılıq əldə edilməyib və agentlik İranın nüvə proqramının mümkün hərbi mahiyyət daşıdına dair dərin narahatlıq keçirir.