Accessibility links

ABŞ generalı İranı Yaxın Şərqdə təhlükəsizliyə ən ciddi hədə adlandırıb


Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının rəhbəri general Ceyms Mattis İranın Suriya prezidenti Bəşar Əl-Əssədin hakimiyyətdə qalması üçün böyük səylər göstərdiyini və Yaxın Şərqdə təhlükəsizliyə ən ciddi hədə olduğunu deyib.

Dünən Senat dinləməsində çıxış edən general Mattis beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyalarının onu mübahisəli nüvə proqramından çəkindirmədiyini deyib. O, eləcə də İranın prezident Bəşar Əl-Əssədi hakimiyyətdə saxlamaq üçün Suriyaya silah göndərdiyini bildirib:

"İran və onun əlaltılarının destruktiv fəaliyyəti onun Vaşinqtonda Səudiyyə səfirini öldürmək qəsdindən aydın görünür. İran dünyada sabitliyə və təhlükəsizliyə ən ciddi təhlükədir. Onun özbaşınalığı səhv hesablama potensialını artırıb."

General Mattis İranın nüvə proqramı, ballistik raketləri və əlaltılardan istifadə edərək "kölgə müharibələri" aparmasına diqqət çəkib.



XS
SM
MD
LG