Görüşdə ABŞ-ın dövlət katibi Hillari Klinton və onun Britaniya, Çin, Fransa, Rusiya və Almaniyadan olan həmkarları iştirak edəcək
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya İranın nüvə ambisiyalarının müzakirəsi məqsədilə Baş Assambleyada ayrılıqda görüş keçirəcəklər. Nyu-York görüşü İranın tezliklə nüvə proqramı barədə danışıqları bərpa etməsinin mümkünlüyünü açıqlamasından bir neçə gün sonraya təsadüf edir. Görüşdə ABŞ-ın dövlət katibi Hillari Klinton və onun Britaniya, Çin, Fransa, Rusiya və Almaniyadan olan həmkarları iştirak edəcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst isə bildirib ki, İran danışıqlara hazırdır, ancaq ölkə ümid edir ki, qarşı tərəf danışıqlara daha səliqəli yanaşmaq göstərəcək və İranın nüvə hüquqlarını tanıyacaq.