Accessibility links

Prezident Barak Obama BMT-dəki çıxışında dünya birliyini İsrail-Fələstin probleminin həlli yolunda səylərə köməyə çağırdı


Obama Dünya ölkələrini müstəbitliyə qarşı hərəkət etməyə çağırdı və dedi ki, başqa yerlərdə dissidentlər həbs edilləndə və nümayişçilər döyüləndə bundan narahatlıq duyan ölkələr heç nə etmədən dayanmamalıdırlar.

ABŞ prezidenti Barak Obama BMT Baş Məclisində cümə axşamı etdiyi çıxışında İsrail-Fələstin sülh danışıqlarına geniş yer verdi və bu ayın əvvəllərində ABŞ-ın vasitəçiliyi ilə başlayan sülh danışıqlarının qarşıya qoyduğu hədəfin bir il ərzində iki dövlət ideyası əsasında sülh sazişinin əldə edilməsi olduğunu bildirdi. O çıxışında İsrailin İordan Çayının qərb sahillərində yeni məskənlərin tikilməsinə tətbiq etdiyi və vaxdı bir həftə ərzində qurtaracaq moratoriumun müddətinin uzadılması barədə çağırışları təkrar etdi. ABŞ prezidenti ərəb hökumətlərini də kənarda gözləmək əvəzinə sülh prosesini təsirli şəkildə müdafiə etməyə, İsraillə əlaqələrini normallaşdırmaq üçün verdikləri sözü yerinə yetirmək istiqamətində diqqətə layıq addımlar atmağa, çağıraraq bildirdi ki, Fələstində özünü idarə haqqında danışanlar Fələstin muxdariyyətinə siyasi və maliyyə yardımı göstərməli, fələstinlilərin öz dövlətlərinin təsisatlarını yaratmalarına kömək etməlidirlər.

Prezident Obama çıxışında qeyd etdi ki, fələstinlilərin hüquqları ancaq sülh you ilə əldə edilə bilər və müstəqil Fələstin dövləti yaratmağı səbirsizliklə gözləyənlər, onun dediyi kimi desək, “İsraili dağıtmağa çalışmağı dayandırmalıdırlar.”

ABŞ prezidenti çıxışında qeyd etdi ki, onun İranın nüvə proqramı barədə dialoq üçün bir il əvvəl göstərdiyi təşəbbüsə bu ölkə müvafiq şəkildə cavab vermədi və BMT Təhlükəsizlik Şurasının sanqsiyalar barədə qətnamələri boş xəbərdarlıq deyil.

Cənab Obama BMT- Baş Məclisindəki çıxışında qadın hüquqları məsələsinə də toxunaraq dünya ölkələrini müstəbitliyə qarşı hərəkət etməyə çağırdı və dedi ki, başqa yerlərdə dissidentlər həbs edilləndə və nümayişçilər döyüləndə bundan narahatlıq duyan ölkələr heç nə etmədən dayanmamalıdırlar.

XS
SM
MD
LG