İranda həbs olunan ABŞ səyahətçilərinin üçündən biri azadlığa buraxılacaq

Prezident Əhmədnejad Sara Şourdun prosesi ilə yaxından maraqlanan rəsmilərdən bir olub

İranın Xarici İşlər Nazirliyinin sözcüzü deyib ki, ABŞ səyahətçilərinin üçündən birini azad etmək barədə qərar prezident Mahmud Əhmədnejadın müdaxiləsindən sonra verilmişdir. Səyahətçilər bir ildən artıqdır ki, ölkədə saxlanılırlar. Sözcü Ramin Mehmanparast bu gün deyib ki, prezident Əhmədnejad Sara Şourdun prosesi ilə yaxından maraqlanan rəsmilərdən bir olub. O eyni zamanda qeyd edib ki, Şourdun azadlığa buraxılması Ramazan bayramı ilə eyni vaxta təsadüf edir. O, bunun İranın qadınlara qarşı xüsusi rəğbətinə istinadən edildiyini bildirib. Dünən İranın BMT missiyası üzrə müşaviri Şourdun çox az müddətdə azadlığa çixacağını bildirib. Qərb xəbər orqanları İran rəsmilərinə istinadən bildirib ki, müxbirlər şənbə günü Tehranın İstiqlal otelində keçiriləcək mərasimdə iştirak etməyə dəvət ediliblər. Şurd və başqa iki kişi səyahətçi 2009-cu ilin iyul ayının 31-dən İranda saxlanılırlar. İran onları casusluqda ittiham edir. Səyahətçilərin ailə üzvləri isə onların səhvən İranın ərazisinə daxil olduqlarını bildiriblər.