İranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü yürüşlər təşkil edilib. Keçmiş səfirlik binası qarşısında toplaşan aksiya iştirakçıları Amerika əleyhinə şüarlar səsləndirib.
İranın dövlət mediasının məlumatında nümayişin Yaxın Şərq və Şimali Afrikada Ərəb baharı hərəkatına dəstək məqsədi daşıdığı bildirilib. Aksiya iştirakçılarının bəzisi “Voll striti tutun” hərəkatına da dəstək nümayiş etdirib.
1979-cu ildə ABŞ-ın Tehrandakı səfiriliyinin 52 işçisi girov götürülmüşdü. Bu hadisə Amerikanın İranla diplomatik münasibətlərini kəsməsinə səbəb olmuşdu.