Accessibility links

İran polisi Təbrizdə azərbaycanlılara işgəncə verib


İran polisi Təbrizdə azərbaycanlılara işgəncə verib
İran polisi Təbrizdə azərbaycanlılara işgəncə verib

İran polisi Təbrizin Azərbaycan dördyolu adlanan ərazisində Azərbaycan musiqisinin sədaları altında keçirilən ad günü mərasiminə hücum çəkib.

Təbriz şəhərindəki kafelərin birində keçirilən ad günü mərasimində iştirak edən 31 azərbaycanlı gənc işgəncəyə məruz qalıb. Hadisə 3 gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.

“Media forum” saytının məlumatına görə, İranın polis əməkdaşları oktyabrın 30-da axşam saatlarında Təbrizin Azərbaycan dördyolu adlanan ərazisindəki kafelərin birində Azərbaycan musiqisinin sədaları altında keçirilən ad günü mərasiminə hücum çəkib. Polislər 31 nəfər qız və oğlanı döyüb təhqir etdikdən sonra onları Təbrizin Saib küçəsindəki polis bölməsinə aparıblar.

Burada azərbaycanlı gənclərin gözlərini bağlayan polislər onları saatlarla soyuq havada bölmənin həyətində saxlayaraq yenidən döyüblər.

Azərbaycanlıların hər birini ayrıca şəkildə videoya çəkdikdən sonra polislər gecə saatlarında onları mülk girovu qarşılığında sərbəst buraxıblar.

XS
SM
MD
LG