Məhkum olunmuş şəxslərin 15-i Türbəti Cam zindanında, 5-i Simnan əyalətində icra edilib. Daha 3 nəfər isə Qum şəhərində dar ağacından asılıb.
İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən 23 nəfər dar ağacından asılıb.
“Media forum” saytının məlumatına görə, edama məhkum olunmuş şəxslərin 15-nin hökmü sentyabrın 12-si Türbət-i cam zindanında, 5-nin hökmü isə həmin gün Simnan əyalətində icra edilib. Sentyabrın 13-də daha 3 nəfər İranın Qum şəhərində dar ağacından asılıb.
Edam edilənlərin kimliyi açıqlanmayıb.