Accessibility links

BMT-nin xüsusi elçisi İranda hüquq pozuntularının dramatik şəkildə artdığını deyir


BMT-nin xüsusi elçisi İranda hüquq pozuntularının dramatik şəkildə artdığını deyir
BMT-nin xüsusi elçisi İranda hüquq pozuntularının dramatik şəkildə artdığını deyir

BMT-nin xüsusi elçisinin açıqladığı son hesabatda İranda edam hallarının damatik şəkildə artdığı və ölkədə insan haqlarının pozulduğu deyilir. Xüsusi nümayəndə Əhməd Şahidin dediyinə görə, bu il İranda 200-dən çox edam haqda rəsmi açıqlama verilib. Əhməd Şahid eləcə də İran rəsmilərini 2010-cu ildə Vəkilabad həbsxanasında 300-dən çox insanı gizli edam etməkdə ittiham edib.

Cənab Şahid siyasi məhbusların uzun müddət həbsdə saxlandığını və ölkədəki azlıqların etnik və dini təqiblərə məruz qaldıqlarını deyib. O, İslam Respublikasının dustaqlarla davranışında qəddarlığın sistematik xarakter aldığını, verilən cəzaların cinayətlərə uyğun gəlmədiyini bildirib.

İranın ədliyyə naziri Ayətulla Sadiq Laricani Əhməd Şahidin hesabatının “yalanla dolu” olduğunu və siyasi dissidentlərin İran haqda mövqeyini əks etdirdyini deyib.

Ağ Evin nümayəndəsi Mark Toner isə deyib ki, xüsusi elçinin hazırladığı hesabat İran öz vətəndaşlarını qəddarca təzyiqlərə məruz qoymağa davam edir. Dünən ABŞ Dünya birliyini iddia olunan cinayətlərlə əlaqədar İranı məhkum etmə fəaliyyətlərini iki qat artırmağa çağırmışdı.

XS
SM
MD
LG