İran Rusiyadan yenə kömək istəyir

Tehran Kremli nüvə konsersiumunun yaradılması səylərinə qoşulmağa çağırıb

İran Rusiyadan nüvə konsersiumunun yaradılması səylərinə qoşulmağa çağırıb. Konsersium yeni fəaliyyətə başlayan Buşehr zavodunun və gələcək nüvə obyektləri üçün yanacaq əldə etmək məqsədi daşıyır. İran Nüvə Agentliyinin rəhbəri Əli Əkbər Salehi deyir ki, Rusiya planı nəzərdən keçirir. Plana görə əməliyyatların bir hissəsi Rusiyada, bir hissəsi isə İranda həyata keçirilməlidir. İran dövlət mediasının məlumatına görə, Salehi planı bu gün açıqlayıb. Dünən isə o bildirmişdi ki, İran prioriteti yeni uran depozitləri axtarmaqdır.