Accessibility links

Britaniyalı biznesmen İrana qarşı beynəlxalq sanksiyaları pozmaqda ittiham olunur


Christopher Tappin
Christopher Tappin

ABŞ gömrük mühafizəçilərinin iddiasına görə İmkanlı qolf klubu prezidenti Kristofer Tappin İrana raket hissələri satmağa cəhd edib

Kristofer Tappin ABŞ tərəfindən İrana beynəlxalq sanksiyaları pozmaqla raket hissələri satmağa cəhddə ittiham olunur.

O, ABŞ gömrük işçilərinin tələsinin qurbanı olduğunu deyir: “Biz bu məhkəmə prosesini ABŞ-ın aparmasına qarşıyıq və aydın görünür ki, hadisələr bizim istiqamətdə cərəyan edir”.

Tappin ona qarşı irəli sürülən ittihamları rədd edir. İddialara görə, o, quru-hava tipli raketlər üçün batereyalar satmağa və onları ABŞ-dan Tehrana göndərməyə çalışıb. Onun ABŞ-da işlədiyi şəxslər məxfi Gömrük Mühafizə agentləri olub.

Bu ilin iyul ayında ABŞ prezidenti Barak Obama İrana neft məhsullarının ixracına, o cümlədən bankların İranın İnqilab Keşikçilərini xidmətlərlə təmin etməsinə qadağa qoyan sanksiyalara barədə sənədə imza atmışdı: “Mən ABŞ Konqresində qəbul olunan İrana qarşı daha sərt sanksiyalar barədə qanuna imza atmaqdan məmnunluq duyuram”.

Bunun ardınca BMT İran silahlı qüvvələrini və nüvə sənayesinin hədəf alan sanksiyaları qəbul etdi. Kristofer Tappin məhz bu qanunları pozmaqda ittiham olunur.

Londondakı “Whale Rock” hüquq şirkətindən Nigel Kuşner İranda biznes qurmaq istəyən müştərilərinə sanksiyalara necə riayət edilməsi barədə məsləhət verir. O deyir ki, tənzimləmələr çox mürəkkəbdir: “Sanksiyalarda o qədər mürəkkəblik var ki, bəzən şirkətlər çətinə düşür və hətta etdikləri işin yanlış olduğunu anlamırlar. ABŞ elə bir qəliz sanksiyalar tətbiq edib ki, bu əsasən ABŞ vətəndaşı olmayan şəxslərə şamil olunur. Onlar dünyaya deyir ki, İranla biznes qurmaq istəyirsənsə, ABŞ-dakı biznesindən əl çəkməlisən”.

ABŞ hökumətinin bildirdiyinə görə, sanksiyalar İranın nüvə silahı əldə etməsinin qarşısının alınması üçün mühüm vasitədir.

Londonda məhkəmə binasının qarşısında “Liberty” insan haqları qrupu Tappinin dəstəklənməsi məqsədilə etiraz aksiyası keçirib. Qrupun siyasət direktoru İzabella Sanki iddia edir ki, ABŞ və Birləşmiş Krallıq arasındakı ekstradisiya razılaşması düzgün istifadə olunmayıb.

Tappin ABŞ-a ektradisiyasına qarşı mübarizəni davam etdirmək üçün noyabr ayında yenidən məhkəmə qarşısına çıxacaq.

ABŞ rəsmiləri deyir ki, onlar İrana qarşı sanksiyaları pozan hər bir şəxsi izləməyə davam edəcəklər.

XS
SM
MD
LG