İran nüvə silahlarından azad Yaxın Şərqə dair iclasa qatılmayıb

  • Amerikanın səsi

İran nüvə silahlarından azad Yaxın Şərqə dair iclasa qatılmayıb

İsrail və ərəb ölkələrinin nümayəndələri bu gün Vyanada görüşərək, İranın nüvə proqramı və nüvə silahlarından azad Yaxın Şərq konsepsiyasını müzakirə edir. Təhlilçilər hələlik qeyri-real görünən bu konsepsiya ətrafında müzakirələrin faydalı ola biləcəyini düşünür.

Yaxın Şərqdə nüvə silahlarından azad zonanın yaradılmasına dair iki günlük iclas Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təşkil edilib. İclasın açılışında danışan Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano belə bir zonanın yaradılmasına beynəlxalq ictimaiyyətin dəstəyi olduğunu deyib və bu forumun dialoqa yardım göstərəcəyinə ümid bəslədiyini bildirib. “Yaxın Şərq regionu və bölgədən kənarda belə bir zonanın yaradılması və regionda nüvə fəaliyyətləri ilə bağlı agentliyin əhatəli qaydalarının tətbiq edilməsinə dair uzun zamandır mövcud fikir ayrılıqları var”-deyə o bildirib.

Belə bir təşəbbüsün əvvəl presedenti olub. Latın Amerikası, Karib dənizi hövzəsi, Sakit okeanı regionunun cənubunda və Asiyanın bəzi yerlərində nüvə silahlarından azad zona artıq yaradılıb. Lakin Yaxın Şərqdə bunu etmək problemli görünür.

İsrail regionda Nüvə Silahlarının Yayılmamasına dair Müqaviləyə qoşulmayan yeganə ölkədir və nüvə silahlarına malik olduğuna dair xəbərləri nə təsdiq, nə də təkzib edir. İsrail müqaviləyə Yaxın Şərqdə əhatəli sülh sazişinin əldə edildiyi təqdirdə qoşulacağını bəyan edib.

Bunlarla yanaşı, Beynəlxalq Atom Enerjisi AgentliyininTehranın nüvə fəaliyyətlərinin hərbi məqsədlərə xidmət etdiyinə dair tövsiyələrindən sonra İranın nüvə bombası istehsal etməyə çalışdığına dair dəlillər daha da güclü görünür.

Lakin Londonda Kral Birgə Xidmətlər institutunda araşdırmalar üzrə direktor Malkolm Çalmers Vyana görüşünün bir məqsədi olduğunu deyir. “Belə bir narahatlıq var ki, silahlara nəzarət məsələsində təzyiqlər göstərilməsə, İranın qarşısı bu və ya digər şəkildə alınmasa, yaxud İran nüvə silahları istehsal etməmək qərarına gəlsə, 20 ildən sonra Yaxın Şərqdə nüvə silahına malik bir neçə dövlət olacaq” -deyə o bildirib.

Çalmersin sözlərinə görə, Yaxın Şərqdə İran kimi İsrailin mövcudluğunu belə tanıyan ölkələrin olduğu nəzərə alınsa, masa arxasında müxtəlif tərəflərin olması yaxşı haldır.

Lakin İran keçən həftənin cümə günü Vyana görüşündə iştirak etməyəcəyini bildirib. Hələlik neçə ərəb ölkəsinin görüşə qatıldığı da bilinmir.

Bütün bunlara baxmayaraq, Çalmers Ərəb baharının özü ilə bir sıra dəyişikliklər gətirdiyini nəzərə alaraq, nüvə silahlarından azad Yaxın Şərq konsepsiyasının rədd edilməsini qəbul etmir. “Ərəb baharının nəticələri hələ bəlli deyil. Biz altı ay bundan sonra, 10 il bundan sonra nələrin olacağını və bir neçə il bundan əvvəl nəzərə alınmayan məsələlərin yenidən gündəmə gələ biləcəyini bilmirik”-deyə o bildirib.

Vyana görüşündən sonra gələn il Finlandiyada Yaxın Şərqdə kütləvi qırğın silahlarının yaylımaması məqsədilə beynəlxalq səviyyədə görüşün keçirilməsi nəzərdə tutulur.

İsrail və ərəb ölkələrinin nümayəndələri bu gün Vyanada görüşərək, İranın nüvə proqramı və nüvə silahlarından azad Yaxın Şərq konsepsiyasını müzakirə edir. Təhlilçilər hələlik qeyri-real görünən bu konsept ətrafında müzakirələrin faydalı ola biləcəyini düşünür.

Yaxın Şərqdə nüvə silahlarından azad zonanın yaradılmasına dair iki günlük iclasın Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təşkil edilib. İclasın açılışında danışan Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano belə bir zonanın yaradılmasına beynəlxalq ictimaiyyətin dəstəyi olduğunu deyib və bu forumun dialoqa yardım göstərəcəyinə ümid bəslədiyini bildirib.

SOUNDBITE AMANO

“Yaxın Şərq regionu və bölgədən kənarda belə bir zonanın yaradılması və regionda nüvə fəaliyyətləri ilə bağlı agentliyin əhatəli qaydalarının tətbiq edilməsinə dair uzun zamandır mövcud fikir ayrılıqları var”-deyə o bildirib.

Belə bir təşəbbüsün əvvəl presedenti olub. Latın Amerikası, Karib dənizi hövzəsi, Sakit okeanı regionunun cənubunda və Asiyanın bəzi yerlərində nüvə silahlarından azad zona artıq yaradılıb. Lakin Yaxın Şərqdə bunu etmək problemli görünür.

İsrail regionda Nüvə Silahlarının Yayılmamasına dair Müqaviləyə qoşulmayan yeganə ölkədir və nüvə silahlarına malik olduğuna dair xəbərləri nə təsdiq, nə də təkzib edir. İsrail müqaviləyə Yaxın Şərqdə əhatəli sülh sazişinin əldə edildiyi təqdirdə qoşulacağını bəyan edib.

Bunlarla yanaşı, Beynəlxalq Atom Enerjisi AgentliyininTehranın nüvə fəaliyyətlərinin hərbi məqsədlərə xidmət etdiyinə dair tövsiyələrindən sonra İranın nüvə bombası istehsal etməyə çalışdığına dair dəlillər daha da güclü görünür.

Lakin Londonda Kral Birgə Xidmətlər institutunda araşdırmalar üzrə direktor Malkolm Çalmers Vyana görüşünün bir məqsədi olduğunu deyir.

SOUNDBITE MALCOLM CHALMERS

“Belə bir narahatlıq var ki, silahlara nəzarət məsələsində təzyiqlər göstərilməsə, İranın qarşısı bu və ya digər şəkildə alınmasa, yaxud İran nüvə silahları istehsal etməmək qərarına gəlsə, 20 ildən sonra Yaxın Şərqdə nüvə silahına malik bir neçə dövlət olacaq” -deyə o bildirib.

Çalmersin sözlərinə görə, Yaxın Şərqdə İran kimi İsrailin mövcudluğunu belə tanıyan ölkələrin olduğu nəzərə alınsa, masa arxasında müxtəlif tərəflərin olması yaxşı haldır.

Lakin İran keçən həftənin cümə günü Vyana görüşündə iştirak etməyəcəyini bildirib. Hələlik neçə ərəb ölkəsinin görüşə qatıldığı da bilinmir.

Bütün bunlara baxmayaraq, Çalmers Ərəb baharının özü ilə bir sıra dəyişikliklər gətirdiyini nəzərə alaraq, nüvə silahlarından azad Yaxın Şərq konsepsiyasının rədd edilməsini qəbul etmir.

SOUNDBITE CHALMERS

“Ərəb baharının nəticələri hələ bəlli deyil. Biz altı ay bundan sonra, 10 il bundan sonra nələrin olacağını və bir neçə il bundan əvvəl nəzərə alınmayan məsələlərin yenidən gündəmə gələ biləcəyini bilmirik.”

Vyana görüşündən sonra gələn il Finlandiyada Yaxın Şərqdə kütləvi qırğın silahlarının yaylımaması məqsədilə beynəlxalq səviyyədə görüşün keçirilməsi nəzərdə tutulur.