İranın kəşfiyyat naziri deyib ki, hüquq-mühafizə orqanları ötən il nüvə aliminin qətlə yetirilməsi ilə bağlı 10 şübhəlini həbs edib. Heydər Moslehi iddia edir ki, şübhəlilər İsrailin Mossad xüsusi xidmət orqanları ilə əlaqəlidirlər. O, xəbərdarlıq edib ki, İsrailə yardım göstərən ölkələr regiona təhlükədirlər.
Atom fizikası üzrə professor Məsud Əli Məhəmmədi ötən il Tehranın şimalında yerləşən evi yaxınlığında baş verən partlayış nəticəsində ölmüşdü. İran dünən ölümə görə ABŞ və İsraili günahlandırıb.