Ramin Hacılı: Ciddi problem səbəbindən Türkiyədəyəm

Ramin Hacılı (Foto Ramin Hacılının Facebook səhifəsindən götürülüb)

Milli Məclisə seçkilər üzrə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyası sədrinin müavini Ramin Hacılı ölkəni tərk etdiyini yazıb.

Onun Facebook səhifəsində ölkəni tərk etməsi barədə yazdıqlarını təqdim edirik.

“Dostlar mən heç bir yerə qaçmamışam. Noyabrın 2-də Bakida olacam. Ciddi problem səbəbindən Türkiyədəyəm. İki gün yolda oldum. Kiməsə xəbər edə bilmədim. Yaxşı oldu, dost ve düşmən kəsilən bilindi. Kiməsə borcum yoxdur. İş görürəm və bu əsnada alınmayan işlərə görə qaytaracaqlarım var və onlar da bir həftə gözləyəcək, gəlib həll edəcəm.

Bir qrupun iddia etdiyi kimi külli miqdarda borcum yoxdur. Gələndə məhkəməyə müraciət edəcəm və həqiqəti ortaya cıxaracam. Fürsətcillik etməyin, adamın başına iş gələr. Lütfən bir həftə gözləyin”, o qeyd edib.

Bununla yanaşı, Hacılı deputalığa namizəd olduğu halda ölkəni hansı səbəblərdən tərk etdiyini və ölkəyə yalnız seçki günündən sonra qayıdacağının səbəblərindən yazmayıb.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.