Türkiyə paytaxtı Ankarada yaşayan araşdırmaçı Rahim Cavadbəyli Amerikanın Səsi ilə söhbətdə Türkiyə jurnallarında “İranda siyasi türklük” və “Güney Azərbaycan Milli Hərəkatı” ilə bağlı nəşr etdiyi məqalələr haqqında danışıb. Güneyli fəal Türkiyədə millətçi qruplar tərəfindən yayımlanan dərgilər və veb səhifələrdə fəaliyyət göstərdiyini bildirib.
Your browser doesn’t support HTML5
Rahim Cavadbəylinin İran və Gürcüstan ölkələrinin türkləri ilə bağlı məqalələri Milliyətçi Hərəkət Partiyasına (MHP) yaxın olan “Devlet” adlı iki aylıq fikir və kültür dərgisində dərc edilib.
Cavadbəyli Türkiyədə güneylə bağlı aparılan tədqiqatların çox az olduğunu önə çəkir:
Türkiyədə İran türklüyü və Güney Azərbaycan türklüyü ilə bağlı mövzular o qədər də gündəmə alınmır. Akademik fəaliyyətlər də olduqca azdır... Halbuki, bu ölkədə bizim 5 minin üzərində öyrəncimizin yaşayır, mindən çoxu burs alır ki bunların bir çoxu çeşitli başq imkanlardan da yararlanırlar...Rahim Cavadbəyli
“Türkiyədə İran türklüyü və Güney Azərbaycan türklüyü ilə bağlı mövzular o qədər də gündəmə gəlmir. Akademik fəaliyyətlər də olduqca azdır... H
Onun söylədiklərinə görə, “İran türklüyü, İrandakı türk ədəbiyyatı, kültürü və siyasi vəziyyəti” həmçinin “Güney Azərbaycanda gedən siyasi proseslər”lə bağlı Türkiyədə nəşr edilmiş tədqiqatların çoxu İran səfirliyi tərəfindən maliyyələşdirilmiş yazarlar və ya Türkiyədəki ortadoğu uzmanları tərəfindən hazırlanıb.
Güneyli fəal Türkiyəli alimlər tərəfindən bu sahədə aparılan tədqiqatlar arasında təhlükəsizlik eksperti Rəcəb Albayraq tərəfindən hazırlanmış “Türklərin İranı” adlı iki cildlik əsərin önəmli olduğunu söyləyir.
Mənim muxatəblərimin nə düşündüyü məni o qədər maraqlandırmır. Məni maraqlandıran tarixi faktlardır, tarixi və siyasi prosesdir.Rahim Cavadbəyli
Cavadbəyli hansı qruplar və ya oxucu kütləsinə yazdığına dair sualların cavabında oxucuların nə düşündüyü ilə maraqlanmadığını, sadəcə tarixi faktlara önəm verdiyini vurğulayır.
“Mənim muxatəblərimin nə düşündüyü məni o qədər maraqlandırmır. Məni maraqlandıran tarixi faktlardır, tarixi və siyasi prosesdir. Bu gün mənim oxucularım nə düşünür, o onların özünü ilgiləndirər, məni ilgiləndirən yazmış olduğum yazının faktlara əsaslanmasıdır,” o bildirir.
Rahim Cavadbəyli müsahibədə güney təşkilatları və üzvləri, İslam İnqilabından sonra İranı tərk edən türklərin sayı və “Güney Azərbaycan Milli Hərəkatında” üzv olduqlarını bəyan edərək Avropa və Şimali Amerikada sığınacaq haqqı qazanmış türklərin sayına dair “Devlet” dərgisinin son sayında nəşr etdiyi “İranda Siyasi Türklüyün Yenidən Doğuşu” adlı məqaləsində verdiyi rəqəmlərin nə şəkildə və hansı mənbələrdən əldə etdiyini açıqlayır.