Qəzzafiyə sadiq bəzi qüvvələr Nigerə gediblər

  • Amerikanın səsi

Qəzzafiyə sadiq bəzi qüvvələr Nigerə gediblər

Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələri aparan maşın karvanı qonşu Nigerə daxil olub. Bu arada anti-Qəzzafi döyüşçülər devrilmiş liderin son istehkamlarından biri qarşısında cəmləşirlər.

Bəni Valid ətrafında toplaşmış üsyançılar loyalistlərin dinc yolla təslim olacaqlarına ümidlərini ifadə ediblər.

Rəsmilər deyiblər ki, ondan çox hərbi maşın Nigerə keçib. Bundan əvvəl cənab Qəzzafinin təhlükəsizlik birqadasının başçısı Mənsur Dhao bir neçə başqa liviyalı ilə bərabər Nigerə qaçmışdı.

Cənab Qəzzafinin harada olduğu bilinmir. Aydın deyil ki, Nigerə daxil olanlar arasında onun qohumları və ya sabiq hökumət rəsmiləri var.