Accessibility links

Avropa İttifaqı Liviya obyektlərinə qarşı sanksiyaları qaldırır


Avropa İttifaqı Liviya obyektlərinə qarşı sanksiyaları qaldırır
Avropa İttifaqı Liviya obyektlərinə qarşı sanksiyaları qaldırır

Avropa İttifaqının diplomatları deyirlər ki, bir neçə Liviya limanı, neft şirkətləri və onlarla başqa obyektlərə qarşı sanksiyaları cümə gününədək aradan qaldıracaqlar.

Avropa İttifaqının 27 üzvü bu barədə ilkin razılığa gəliblər. Məqsəd Liviya Milli Keçid Şurasına normal iqtisadi fəaliyyətini bərpa etməkdir.

Diplomatlar yekun qərarın sabah veriləcəyini deyirlər.

Fransa BMT sanksiyalar komitəsindən xahiş edib Qəzzafi hökumətinə məxsusu dondurulmuş 2 milyard dollar həcmində pulun Milli Keçid Şurasına verilməsinə icazə versin. BMT komitəsi bundan əvvəl Böyük Britaniya və ABŞ hökumətlərinə müvəqqəti hökumət üçün ümumilikdə 3 milyard dollar ayırmağa icazə vermişdi.

Bu arada minlərlə liviyalı Ramazan bayramını Tripolinin əsas meydanında qeyd ediblər.

Üsyançılar hazırda Müəmmər Qəzzafinin sığındığı güman edilən Sirte şəhərini mühasirəyə almış və rəqib qüvvələrə təslim olmaq üçün şənbə gününədək vaxt vermişdir.

XS
SM
MD
LG