Vəkil ittihamı sifariş hesab edir. Qurban Məmmədov həbsini iqtidarı tənqidi ilə əlaqələndirir
Tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədova qarşı Nəsimi rayon prokurorluğu yeni ittiham irəli sürüb.
Vəkil Xalid Bağırov Amerikanın Səsinə bildirib ki, cinayət işi polisdən alınaraq Nəsimi rayon prokurorluğuna verilib. Prokurorluq isə Qurban Məmmədova qarşı Cinayət Məcəlləsinin 299.1-ci maddəsi ilə (şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma) yeni ittiham irəli sürüb.
Yeni maddənin sanksiyasında beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.
Qurban Məmmədova qarşı ilk olaraq Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə iyunun 4-də 2 ay həbs qətimkan tədbiri seçilib.
Vəkil ittihamları siyasi sifariş hesab edir.
“Qurban Məmmədovu Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cəzaçəkmə müəssisəsinə göndərmək mümkün deyildi, onu yalnız məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərmək olardı. Məmmədovu cəzaçəkmə müəssisəsinə göndərmək üçün yeni ittihamı verdilər. Onu ictimai-siyasi mühitdən kənarda saxlamaq istəyirlər”, o qeyd edib.
Vəkil istintaqın artıq başa çatdığını və cinayət işinin yaxın günlərdə məhkəmə göndəriləcəyini bildirib.
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun bu il iyunun 5-də yaydığı məlumata görə, Qurban Məmmədov 1012-ci il sentyabrın 27-də idarə etdiyi maşınla avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirib.
Məlumatda bildirilir ki, Qurban Məmmədov istintaq dövründə ziddiyyətli ifadələr verməklə hadisənin mexanizmini dəyişməyə cəhd edib. Zərərçəkmiş P.Abbasova qanunsuz təsir göstərdiyindən və istintaq orqanının çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Qurban Məmmədov isə zərərçəkmişə göstərilmiş tibbi yardımın pulunu ödədiyini, onun ailəsinə maddi yardım göstərdiyini bildirib. Məmmədov özü polisə gedərək hadisə ilə bağlı məlumat verdiyini deyib.
Qurban Məmmədov həmçinin həbsini siyasi sifariş hesab edir və bunu onun iqtidarı kəskin tənqid etməsi ilə əlaqələndirir.