Qurban Əzimi: Milli hərəkat qeyri-şiə türklərin problemlərinə diqqət yetirməlidir [Audio-Müsahibə]

Qurban Əzimi

Qurban Əziminin sözlərinə görə, İranda toplum din və məzhəb azlıqlarını hakimiyyətin yaydığı yanlış məlumat əsasında tanıyır və bu üzdən toplumda azlıqlara qarşı mənfi zehniyyət yaradılır. Amerikanın Səsinə danışan tədqiqatçı bu kontekstdə İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan ələvi türklərin durumunu şərh edib.

Your browser doesn’t support HTML5

Qurban Əzimi Amerikanın Səsinə danışır

Ələvi türklərin hakimiyyət basqısından əlavə toplumda yaranan həmin mənfi təsəvvürlər və stereotiplərlə qarşı-qarşıya qaldığını önə çəkən Əzimi türk fəalların da bu mənfi ictimai zehniyyətin təsirində ola biləcəyini deyir.

Onun dediklərinə görə, ələvi/əhli-haq türklər İran Azərbaycanının bütün vilayətlərində yaşayırlar.

Azərbaycan torpaqlarında yaşayan hərkəsi dini və məzhəbinə baxmadan sahiblənmək lazimdir. Xüsusilə Qərbi Azərbaycan vilayətində çox sayda ələvi və sünni türk yaşamaqdadır. Bu durumda, milli hərəkat hakimiyyətin məzhəb üzərindən oyunlarına gəlməməlidir

“Azərbaycan xaricində, o cümlədən Tehran və Xorasan kimi bölgələrdə yaşayan türk ələvilər də var. Sayları ilə bağlı dəqiq məlumat yoxdur. Çünki, dövlət məlumat vermir... Amma 2-3 milyon əhalisi olduğu söylənilir. Onlar yüzillərdir hakimiyyətlərin basqısı altında olmuş, toplumda da özlərini rahat hiss etmirlər, psixoloji basqı altında olurlar,” araşdırmaçı söyləyir.

Bu yaxınlarda 2004 ilindən bəri həbsdə olan ələvi türklərin üçü Yəzd zindanında sürgündə keçirdikləri həbs müddətləri tamamlandıqdan sonra azadlığa buraxıldılar.

Onların həbsi 2003 ilində Qərbi Azərbaycan vilayətinin Qoşaçay bölgəsində əhli-haq cəmiyyətinə mənsub bir qrupun yayımladığı bir bəyanatla əlaqəli idi. Bəyanat cəmiyyəti tanıtmaq və məruz qaldıqları basqıları topluma açıqlamaq məqsədi ilə nəşr edilmişdi.

Bu yaxınlarda azadlığa buraxılan ələvi türklər


Qurban Əzimi azlıqların topluma yaxşı tanıdılmasının çox önəmli olduğunu vurğulayır:

Bir azlığın kimin tərəfindən və necə topluma tanıtdırılması önəmlidir. Əhli-haq türklər özlərini tanıtmaq imkanına sahib olmayıblar. Bu tanıtma işini hakimiyyətlər həyata keçirib. Amma bunu tamamən yanlış məlumat, yalanlar və iftiralar üzərindən ediblər.

“Bir azlığın kimin tərəfindən və necə topluma tanıtdırılması önəmlidir. Əhli-haq türklər özlərini tanıtmaq imkanına sahib olmayıblar. Bu tanıtma işini hakimiyyətlər həyata keçirib. Amma bunu tamamən yanlış məlumat, yalanlar və iftiralar üzərindən ediblər. Yalan bilgilər əsasında toplumda azlıqlara qarşı önyarğı, (qərəz), mənfi ictimai zehniyyət və çeşitli stereotiplər ortaya çıxır..”

Onun fikrincə, ortaya çıxan mənfi ictimai zehniyyətlər əksəriyyət tərəfindən azlığa qarşı basqı şəklində də özünü göstərir.

İran Azərbaycanı ilə bağlı fəaliyyət göstərən veb səhifələr və hüquq müdafiəçiləri həbs və edam hökmlərinə məruz qalan, habelə İranın hərbi qüvvələri tərəfindən öldürülən ələvi türklərin xəbərlərini nəşr edirlər. Amma, ələvilər və digər qeyri-şiə türklərin üzləşdiyi ictimai çətinliklər və ayrıseçkiliklər adətən türk fəalların gündəmində olmur.

Qurban Əziminin fikrincə, türk fəalların ələvilərin problemlərinə laqeyd yanaşmasının səbəblərindən biri stereotiplər və azlıqlara qarşı mənfi ictimai zehniyyət ola bilər.

“Nədən ələvi türklərin problemlərinə diqqət yetirilmir? Bunun bir səbəbi elə bu tarixi önyarğı (qərəz) zehniyyətinin təsiri ola bilər,” deyə o dilə gətirir.

bir dini azlıq ya başqa azlığın müdafiə edilməsi laiklik və sekularizmə zərər verməyəcək. Hətta, əksinə demokratiya və azadlıqların çoxalmasına yol verəcək.

“Bunun bir səbəbi də bu ola bilər ki, türk fəallar laiklik (dünyəvilik) məsələsini nəzərdə tuturlar... amma milli hərəkat özünü mədəni bir hərəkət olaraq görür. Azlıqların haqlarını tanımaq da demokratiyanın özüdür. Yəni burada bir dini azlıq ya başqa azlığın müdafiə edilməsi laiklik və sekularizmə zərər verməyəcək. Hətta, əksinə demokratiya və azadlıqların çoxalmasına yol verəcək,” o, əlavə edir.

Qurban Əzimi “Azərbaycan Milli Hərəkatı”-nda şiəlik üzərindən siyasət yürütməyin yanlış olduğunu vurğulayır:

“Bölgədə gedən oyunlar gözümüzün qarşısındadır. Buna görə də, Azərbaycan torpaqlarında yaşayan hərkəsi dini və məzhəbinə baxmadan sahiblənmək lazimdir. Xüsusilə Qərbi Azərbaycan vilayətində çox sayda ələvi və sünni türk yaşamaqdadır. Bu durumda, milli hərəkat hakimiyyətin məzhəb üzərindən oyunlarına gəlməməlidir.”

Ələvi türklər İran Azərbaycanının Şərqi və Qərbi Azərbaycan, Zəncan, Qəzvin və Həmədan kimi vilayətlərindən əlavə, Tehran, Xorasan və Kürdüstan vilayətlərində də yaşayırlar. Bu cəmiyyət güneydə “Qızılbaş əhli-haq”, “Goran” və “Əliallahı” adları ilə də tanınır.

İran Azərbaycanında yaşayan türklərin əksəriyyəti şiə məzhəblidir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən əhli-haq/ələvilər, sünnilər, bəhayilər və xristianların da sayı az deyil. Güneydə ən çox əhaliyə sahib olan təriqət azlığı əhli-haq cəmiyyətidir.