Accessibility links

Şahin Xiyavlı: İran Azərbaycanında qeyri-şiə türklərə ikiqat ayrıseçkilik tətbiq edilir [Audio-Müsahibə]


Şahin Xiyavlının dediklərinə görə, 1990-cı illərdən etibarən İran Azərbaycanında geniş fəaliyyətlər göstərən türk fəalların bir çoxu tutulub və şərti azadlığa buraxıldıqdan sonra passiv hala gətiriliblər. İnsan haqları fəalı Amerikanın Səsinə müsahibədə güneydə son vaxtlar baş verən insan haqları pozuntularını şərh edib. O, siyasi fəalların həbs və mühakiməsi, icra edilən edam hökmləri, sosial mediada fəaliyyət edən vətəndaşların həbsi və qeyri-şiə türklərin məruz qaldığı “ikiqat ayrıseçkilik” kimi mövzular haqqında danışıb.

Keçən aylarda milli fəalların kollektiv şəkildə nəzarət altına alınma və məhkəməyə çağrılma hallarının davam etdiyini bildirən Xiyavlı bu yaxınlarda nəzarət altına alınmış ya zindanlarda həbs müddətini keçirən Əbdüləziz Əzimi Qədim, Əli Bağıri, Siyamək Mirzayi, Mehdi Kuxiyan və Səccad Əfruziyan kimi fəalların durumuna işarə edir.

İranda insan haqları üzrə fəaliyyət edənlər edam məsələsi ilə bağlı ciddi işlər görürlər amma türk bölgələrində və Azərbaycan milli hərəkatı daxilində buna çox diqqət yetirilmir.
Şahin Xiyavlı

Hüquq müdafiəçisinin sözlərinə görə, “keçmişdə tutulub, hökm alıb və şərti azadlığa buraxılan fəalları əslində İran hakimiyyəti bir passivləşdirmə prosesinə daxil edir. Mənim 90-cı illərdən tanıdığım bir çox insan çox fəal idilər. Amma bu gün görürük ki, tamamilə passivləşiblər. Əslində rejim bir növ təhdid etməklə bunu gerçəkləşdirir.”

Şahin Xiyavlı habelə bu yaxınlarda sosial mediada göstərdikləri modellik və reklam fəaliyyətləri ilə əlaqədar təqribən 20 vətəndaşın həbsinin xəbərini önə çəkir.

O, Həsən Ruhani höküməti dövründə edamların xeyli çoxaldığına diqqət çəkərək həmin dövrdə bir çox edam cəzasının da İran Azərbaycanı və digər türk bölgələrində həyata keçirildiyini bildirir.

Xiyavlının söylədiklərinə görə, “son ayda 70 nəfər edam olunub ki, bunların 14 nəfəri türk bölgələrindəndir... İranda insan haqları üzrə fəaliyyət edənlər edam məsələsi ilə bağlı ciddi işlər görürlər, amma türk bölgələrində və Azərbaycan milli hərəkatı daxilində buna çox diqqət yetirilmir... Mən düşünürəm ki, bu məsələ üzərində daha çox fokuslanmalıyıq.

Keçmişdə tutulub, hökm alıb və şərti azadlığa buraxılan fəalları əslində İran hakimiyyəti bir passivləşdirmə prosesinə daxil edir.
Şahin Xiyavlı

Norveçdə yaşayan fəal bu yaxınlarda ələvi türk cəmiyyətinə mənsub üç məhbusun 12 ildən artıq həbsdən sonra sərbəst buraxıldığına işarə edərək İran Azərbaycanında qeyri-şiə türklərin “ikiqat ayrıseçkiliyə” məruz qaldığını ifadə edir.

“İranda xüsusilə inqilabdan sonra şiəliyi əsas alan İslam Respublikasının hakimiyyətə gəlməsi ilə qeyri-şiə türklərə basqılar artıb,” deyə o əlavə edir.

XS
SM
MD
LG