Hökumətin iki üzvü tənqidi yazıya görə Azadlıq qəzetinin baş redaktorunu məhkəməyə verib
Media Hüququ İnstitutu daxili işlər naziri Ramil Usubovla fövqəladə hallar naziri Kəmaləddin Heydərovun "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidi məhkəməyə verməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Cinayət Məcəlləsində defamasiyaya görə cəza nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) madələrin Azərbaycanda artıq tətbiq olunmadığını dönə-dönə deyən, bu maddələrin, eləcə də defamasiyaya görə ağır cəzalar müəyyən edən başqa maddələrin Cinayət Məcələsindən çıxarılaçağıyla bağlı bəyanatlar verən hökumətin iki mühüm üzvünün eyni zamanda jurnalisti bu maddələrlə cəzalandırmağa qalxmaları çox təhlükəli dönüşdən xəbər verir.
Media Hüququ İnstitutu hökumətin iki mühüm üzvünün ictimai məzmunlu yazıya görə jurnalistə cinayət cəzası istəməsini kəskin qınayır.
MHİ vurğulayır ki, dövlət qurumları, onların vəzifəli şəxsləri, fəaliyyətləri daim ictimai nəzarətdə olmalıdır. Demokratik sistemlərdə hökümətin fəaliyyəti yalnız qanunvericilik və məhkəmə hakimiyyətinin deyil, həm də mətbuat və ictimaiyyətin diqqət mərkəzində dayanmalıdır.
Dövlət qurumları, onların vəzifəli şəxsləri hətta media tərəfindən əsassız iddialara məruz qaldıqları zaman dözüm göstərmək zorundadırlar. İfadələrinə görə şəxslərə ağır cinayət cəzaları qorxusu ictimai önəmli məsələlərlə bağlı açıq, kəskin və hərtərəfli debatları əngəlləyir, ölkəni korrupsiya, qanunsuzluq, məmur özbaşınalıqları kimi təhlükəli xəstəliklərə qarşı zəruri əlaclardan məhrum edir.
MHİ qeyd edir ki, cənab Ramil Usubov və cənab Kəmaləddin Heydərovun şikayəti defamasiyaya görə cinayət məsuliyyətinin tətbiqinin dayandırılması ilə bağlı Azərbaycan hökumətinin 2 ilə yaxındır davam edən qeyri-rəsmi moratoriumunun pozulması deməkdir. Defamasiyaya görə cinayət cəzası tələb edənlərin nazirlər olması isə xüsusilə qorxuludur. Hökumətdə yüksək vəzifə tutan şəxslərin jurnalisti yazısına görə həbs etdirmək niyyəti digər məmurları tənqid edənləri bu üsulla susdurmağa həvəsləndirə bilər.
Media Hüququ İnstitutu hər iki naziri Azərbaycanda ifadə azadlığı sahəsində çox ciddi problemlərin olduğu vaxtda tanınmış tənqidçi jurnalisti həbs etdirmək niyyətindən geri çəkilməyə çağırır.
Media Hüququ İnstitutu həmçinin, böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv olunması ilə bağlı götürdüyü öhdəlikləri hökumətə xatırladır, ən qısa zamanda “Defamasiya Qanunu”nu hazırlayıb qəbul etməyə çağırır.