Azərbaycanın fövqalədə hallar və daxili işlər naziri “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi məhkəməyə verib.
Xəbəri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə təsdiqləyib.
Hər iki nazir Q.Zahidə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Yasamal Rayon Məhkəməsindəki mənbə deyib ki. nazirlərin məhkəməyə müraciət etməsinə səbəb "Azadlıq" qəzetində dərc olunmuş "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" başlıqlı məqalədir.
Belə ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov baş redaktorun Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə, daxili işlər naziri Ramil Usubov isə 147.1 maddəsi ilə məsuliyyətə cəlb olunmasını tələb edir. Məhkəmədə nazirlərin müdafiəçisi kimi vəkil Əlirza Həbilov çıxış edəcək.
Öz növbəsində, “Azadlıq"ın baş redaktoru Qənimət Zahid bildirib ki, bu Azərbaycanda yeni arzuolunmaz praktikanın başlanğıcı deməkdir.
“Bütün dünya Azərbaycandan tələb edir ki, 147-148-ci maddələr Cinayət Məcəlləsindən çıxarılsın. Mənim bildiyimə görə, iki il əvvəl İlham Əliyev də Mətbuat Şurasındakı görüşdə bldirmişdi ki, həmin maddələr Cinayət Məcəlləsindən çıxarılacaq. İndi bu strateji əhəmiyyət daşıyan nazirliklərin rəhbərləri kimisə, konkret olaraq məni bu maddələrlə məhkəməyə verirsə, Azərbaycan hökuməti prezidentin simasında səsləndirdiyi bəyanatın səmimi olmadığını göstərir. Çalışacam ki, məhkəmədə iştirak edim. İmkanım daxilində buna çalışacam. Hər iki nazirin ittihamlarına şəxsən cavab verməyə hazıram", o qeyd edib.