14 nəfər cərimələnib, bir nəfərə 15 sutka həbs verilib
Qarabağ qazisinin ölümünə etiraz olaraq dekabrın 29-da keçirilən aksiyasının 15 iştirakçı inzibati qaydada cəzalandırılıb. Saxlanılan fəallardan bir nəfəri 15 sutka həbs olunub, 14 nəfər cərimələnib.
Məhkəmə bitərəf Samir Poladov barəsində inzibati qaydada 15 sutka həbs qərarı çıxarıb.
AXCP üzvləri Toğrul İbrahimli, Sabir Məmmədov, Natiq Rüstəmli, Qərib Musayev, Bəxtiyar Hüseynov, Çilənay Seyidli, Kamilla Əhmədova, Mahirə Hüseynova, həmçinin Müsavat Partiyasının fəalı Xəyyam Məmməd və Ələkbər Rzayev (hər biri 300 manat) cərimələnib.
İki nəfər Qarabağ müharibəsi veteranı, - Cavanşir Osmanlı və İldırım Təhməzov müvafiq olaraq 300 və 350 manat cərimə olunub.
İki bitərəf, - Novruz Novruzov və Məcid Vahid 300 və 500 manat cərimə olunublar.
AXCP üzvləri Kəmalə Bənənyarlı, Bəyim Həsənli, Orxan Carçı, Türkel Azərtürk və Müsavat Partiyasının fəalı Cavid Hacıbəyli dekabrın 30-da iltizam verdikdən sonra azad buraxılıblar.
Qarabağ müharibəsinin II qrup əlili Zaur Həsənov işlətdiyi kafenin əlindən alınmasına etiraz olaraq özünü dekabrın 25-də Həmkarlar Konfederasiyasının önündə yandırıb. Dekabrın 28-də Z.Həsənov aldığı yanıqlar nəticəsində vəfat edib. Qazi dekabrın 29-da Bibiheybət qəbrstanlığında dəfn olunub. Elə həmin gün Z.Həsənovun hüzr mərasimində dayısı, 64 yaşlı Hüseyn Hüseynov bacısı oğlunun ölümünə dözməyərək ürək dayanmasından vəfat edib.
Qarabağ qazisi Zaur Həsənovun faciəvi ölümünə etiraz olaraq dekabrın 29-da fəallar Bakının mərkəzində Fəvvarələr meydanında aksiya keçirib. Aksiya polis tərəfindən dağıdılıb.
Çoxsaylı iştirakçı saxlanıb.