Radikal müsəlman ruhani Əbu Qatada zaminə buraxılıb

Ona16 saat ev dustaqlığı şərtriylə evində yaşamaq icazəsi verilib
Radikal müsəlman ruhani Əbu Qatada terrorizm ittihamları ilə üzləşmək üçün İordaniyaya deportasiya olunmaqla bağlı appelyasiya məhkəməsində müraciəti təmin edildikdən bir gün sonra Britaniya rəsmiləri tərəfindən həbsdən azad edilərək zaminə buraxılıb.

Qatada Britaniyanın mərkəzində güclü mühafizə olunan həbsxanadan nəqliyyat vasitəsi ilə Londondakı evinə gətirilərək, ailəsinə təhvil verilib. Evinin ətrafına yığışan bir neçə etirazçı onun deportasiya olunması üçün səylərin davam etdirilməsinə çağırıb.

Qatada Britaniya rəsmiləri tərəfindən keçmiş Əl-Qaidə lideri Usama Bin Ladenin avropadakı müavini kimi təqdim olunub. O, Britaniyada ötən on il əsasən Britaniyanın anti-terrorizm qanunları çərçivəsində həbsdə saxlanılıb.

Qatadaya 16 saat ev dustaqlığı şərtri ilə evində yaşamaq icazəsi verəcək. Onun evi yalnız səhər saat 8-dən axşam saat 4-ə qədər tərk etməsinəicazə verilir.

Britaniyanın Daxili İşlər Nazirliyi açıqladığı bəyanatda məhkəmənin qərarından qətiyyən razı olmadığını bildirərək, apelyasiya şikayəti etməyi planlaşdırdığını bildirib.

Daxili işlər naziri Tereza Mey İordaniyadan işgəncə vasitəsi ondan ifadə alınmayacağına dair vəd alındıqdan Qatadanın ekstradisiya olunması ilə bağlı qərar vermişdi.

Qatada 1998-ci ildə İordaniyada qiyabi olaraq bomba hücumu cəhdi ilə əlaqədar terrorizmdə ittiham edilib.

Britaniya rəsmiləri 1990-cı ildə ölkəyə gəlmiş Qatadanı Əl-Qaidənin sabiq lideri Usama bin Ladenin Avropadakı yüksək rütbəli müavini kimi təsvir edib.

Britaniya 2001-ci ildən bəri Qatadanı deportasiya etməyə çalışıb, lakin bu cəhdlərin qarşısı məhkəmələr tərəfindən alınıb.Yanvar ayında Avropa İnsan Haqları Məhkəməsi İordaniyada ona qarşı istifadə olunan dəlillərin işgəncə vasitəsilə əldə oluna bildiyini iddia edərək, onun deportasiya olunmasına qarşı çıxıb.