Xristianlıq Haitidə üstünlük təşkil edən dinlərdən biridir, lakin 2010-cu ildə 300 min nəfərin həlak olması ilə nəticələnən zəlzələdən sonra İslam dinini qəbul edənlərin sayı nəzərə çarpacaq dərəcədə artıb.
Haiti paytaxtı Port-au-Prince-də indi ən az beş məscid var. İki uşaq anası olan məktəb müəlliməsi Darlin Derosier öz qonşuluğundakı məscidin tikintisinə yardım edib. Zəlzələ nəticəsində onun öz evini itirməsi və bundan bir ay sonra həyat yoldaşını itirməsindən sonra o, İslam dininə tapınıb.
“Mənim üçün qələbə qazanmaq, inanmadığıma baxmayaraq sağ qalmaqdır.” – deyə o bildirib.
Zəlzələdən sonra çox sayda dinə mənsub olan insanlar yardım etmək üçün Haitiyə gəlmişdilər.
Lakin müsəlmanlığı qəbul eləmiş gecə televiziya proqramının aparıcısı Kişner Billy dediyinə görə, müsəlmanların təsiri ən qalıcı olub: “Zəlzələdən sonra buraya hər yerdən insanlar gəlirdi, bu ölkələr arasında Böyük Britaniya, ABŞ, Fransa, Belçika vətəndaşları da zəlzələnin nəticələrini aradan qaldırmaq üçün yardıma gəlmişdilər. Katoliklər və Protestantlar da gəlmişdilər. Bəli, zəlzələdən sonra çox sayda haitili İslamı qəbul edib.”- deyə o bildirib.
Billi deyir ki, zəlzələnin ardınca İslam insanların həyatında yol göstərməklə onlara çox kömək etmişdir.
İslam dininin Haiti hökuməti tərəfindən tanınmadığı ölkədə indiyə qədər nə qədər haitilinin müsəlman olmasına dair rəsmi statistika yoxdur.