Görüş yanvarın 24-də Parisdə olacaq
Yanvarın 24-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü olacaq. Nazirlərin görüşü Parisdə keçiriləcək. Bu barədə Amerikanın Səsinə məlumatlı diplomatik mənbələrdən bəlli olub.
Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri bu məlumatı hələ nə təsdiq, nə də təkzib etməyib.
APA agentliyinin məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün yanvarın 23-də Fransaya gedəcək. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərini iştirakı ilə keçiriləcək.
Ötən il dekabrın 16-da ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibəsində 2014-cü ilin əvvəlində Azərbaycan və Ermənistan prezidentlərin növbəti görüşünün gözlənildiyini bildirib.
Prezidentlərin son görüşü 2013-cü ilin noyabrında Vyanada baş tutub.