Qarabağ-Post-Sovet dövrünün ilk müharibəsi

  • Amerikanın səsi

Qarabağ-Post-Sovet dövrünün ilk müharibəsi

Bu gün “The Washington Post” qəzetində “Qarabağ-Post-Sovet dövrünün ilk müharibəsi” adlı məqalə dərc edilib. Uil Enqland yazır ki, Sovet lideri Mixail Qorbaçov üçün 1980-ci illərdə azlıqlar arasında millətçilik hissləri kimi heç nə gözlənilməz olmamışdı. Müxbir əhalisinin əksəriyyəti etmənilər olan QarabağınAzərbaycan ərazisinə İosif Stalin tərəfindən 1921-ci ildə qatıldığını yazır. O vaxtlar “parçala və hakim ol siyasəti” ilə çalışan Stalin tez-tez sərhədləri dəyişir, etnik qruplar arasında parçalanma yaradırdı. Qafqaz və Orta Asiya sərhələrində sülhü qorumaq çox çətin olub. 1700 il əvvəl xristianlığı qəbul edən ermənilərlə müsəlman azərbaycanlılar kəskin Sovet rejimi dövründə etimadsızlıq və düşmən münasibətlərini boğaraq, yaşamalı olub. Qorbaçovun islahatları dərhal nifrətlərin baş qaldırmasına şərait yaradıb. “The Washington Post” qəzetinin müxbiri Uil Enqland yazır ki, iyun ayının 24-də Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə təşkil edilən Kazan görüşü kimi sülhün bərqərar edilməsi səyləri nəticəsiz qalıb.