Ümumdünya Qaçqınlar Günüdür. Qaçqınların yarısı 18 yaşına çatmayan uşaqlardır. BMT Baş katibi müraciət imzalayıb
İyunun 20-də Ümumdünya Qaçqınlar Günüdür.
BMT Baş katibi Ban Ki Munun dünya ictimaiyyətinə müraciətində deyilir kii, dünyada məcburi köçkünlərin sayı getdikcə artmaqdadır.
“Hal-hazırda dünyada 45 milyondan çox qaçqın və məcburi köçkün var – bu, son 20 ildə müşahidə edilən ən böyük göstəricidir. Təkcə keçən il hər qırx beş saniyədə bir nəfər evini tərk etmək məcburiyyətində qalıb.
Suriyadakı böhranla müharibələr hələ də qaçqın və məcburi köçkünlərin sayının artmasının başlıca səbəbi olmaqda davam edir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında qeyd edilən qaçqınların yarıdan çoxu məhz beş müharibə gedən ölkədəndir: Əfqanıstan, Somali, İraq, Suriya və Sudan. Hal-hazırda Mali, Konqo Demokratik Respublikası və Sudanda yeni böyük yerdəyişmələr müşahidə edilməkdədir”.
Baş katib hesab edir ki, rəqəmlər bu dəhşətli insan faciəsinin sadəcə çox kiçik bir hissəsidir.
“Hər gün münaqişələr minlərlə ailələrin həyatlarını məhv edir. Ailələr bəzən sevdikləri insanlardan, bəzən isə müharibə xaosundan bir-birlərindən ayrı düşürlər. Bundan isə ən çox uşaqlar əziyyət çəkirlər. Qaçqınların demək olar ki, yarısı 18 yaşa çatmayan uşaqlardır və getdikcə daha çox uşaq tək başına qaçmağa məcbur olur”.
Ban Ki Mun bildirir ki, məcburi yerdəyişmənin qaçqınlara sığınacaq verən icmalara nəzərə çarpacaq dərəcədə iqtisadi, sosial və bəzən siyasi təsirləri olur.
“Evlərindən didərgin düşmüş qaçqınların böyük əksəriyyətinə sığınacaq verən yoxsul ölkələr getdikcə daha çox və dərin problemlər qarşısında qalırlar. Hal-hazırda inkişaf etməkdə olan ölkələr dünya qaçqınlarının 81 faizinə ev sahibliyi etdikləri halda, bu göstərici 10 il əvvəl 70 faiz idi”.
Baş katibin fikrincə, evlərindən didərgin düşmüş insanlar üçün davamlı həll yollarının tapılması beynəlxalq ictimaiyyətin daha çox birlik nümayiş etdirməsi və bu ağırlığı birgə çəkməyə hazır olması vacibdir.
“Ümumdünya Qaçqınlar Günüdə beynəlxalq ictimaiyyəti münaqişələrin qarşısını almaq və həll etmək istiqamətində səylərini artırmağa və ailələrin yenidən birləşməsi və qaçqınların evlərinə qayıtmaları naminə sülh və təhlükəsizliyə nail olmağa yardım etməyə səsləyirəm”, sənəddə qeyd edilir.
Xatırladaq ki, Azərbaycan da qaçqın və məcburi köçkünlərin çox olduğu ölkələrdəndir. Ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün var. Bu da əhalinin hər 8 nəfərindən biri deməkdir.
Azərbaycanda son dəfə qaçqın və məcburi köçkünlər 1988-ci ildən başlayaraq yaranıb. Belə ki, 1988-ci ildə Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlı öz tarixi torpaqlarından deportasiya edilib. Bundan sonra Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 800 minədək məcburi köçkünlər yaranıb. 1994-cü ildən münaqişədə atəşkəs olsa da sülh sazişi hələ də imzalanmayıb.