Putin Lukaşenkoya `lazım gəlsə` hərbi yardım göstərməyə hazır olduğunu bildirib

Rusiya prezidenti Vladimir Putin bazar günü Belarus lideri Aleksandr Lukaşenko ilə telefon söhbəti zamanı Moskvanın lazım gələrsə kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində Belarusa kömək etməyə hazır olduğunu bildirib.

Kremlin açıqladığı bəyanatda Belarusa kənardan təzyiq göstərildiyi deyilir, lakin bu təzyiqin kim tərəfindən həyata keçirildiyi bildirilmir.

Putin və Lukaşenko arasında avqustun 16-da bu son günlər artıq ikinci dəfə telefon söhbəti aparılıb.

SEE ALSO: Lukaşenko Putinlə Belarusdakı vəziyyəti müzakirə edib

Belarusda artıq bir həftədir küçə etirazları davam edir. Nümayiş iştirakçıları Lukaşenkonu avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrini saxtalaşdırmaqda günahlandırır.

Ölkədə seçkisonrası basqılar zamanı təxminən 7000 nəfərin saxlandığı, yüzlərlə insanın yaralandığı və polisin nümayişçilərə qarı rezin güllələr, işıq-səs effektli qumbaralar və bir halda hərbi patronlardan istifadə etməsi nəticəsində və azı iki nəfərin öldüyü bildirilir.

Saxlanılan və sonra sərbəst buraxılan yüzlərlə insan saxlandıqları zaman qəddarcasına döyüldüklərini deyib. Bununla bağlı hallar sənədləşdirilib və sosial mediada yayılıb.

SEE ALSO: Belarus hökuməti etirazlar zamanı həbs edilən 1000-ə yaxın insanı sərbəst buraxıb

İstefa tələbləri ilə hakimiyyəti üçün ən ciddi sınaqla qarşılaşan Lukaşenko şənbə günü Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti apararaq, Moskvadan yardım istəyib. Lukaşenko vəziyyətin “təkcə Belarus üçün təhlükəli olmadığını” deyib.

Daha sonra o, hərbi rəhbərlərə Putinin “Belarusun təhlükəsizliyinin təmin edilməsi üçün hərtərəfli yardım” təklif etdiyini bildirib.

Kremlin açıqladığı bəyanatda prezidentlərin Belarusdakı problemlərin tezliklə həll olunmalı və ölkələr arasında əlaqələrin möhkəmləndirilməli olduğu ilə bağlı razılıq əldə etdiyi bildirilib.