Accessibility links

Lukaşenko Putinlə Belarusdakı vəziyyəti müzakirə edib


Vladimir Putin və Aleksandr Lukaşenko
Vladimir Putin və Aleksandr Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko xarici ölkələrin Belarusda seçkidən sonra baş verən böhrana müdaxilə etmək ehtimalın rədd edib və hərbi rəsmilərə deyib ki, Rusiya, lazım olsa, Belarusu “tam dəstək”lə təmin edəcəyini vəd edib.

“Biz ölkəni heç kimə verməyəcəyik,” Lukaşenko avqustun 15-də müdafiə rəsmiləri ilə görüşdə bildirib. “Bizim heç bir xarici hökümətə, heç bir vasitəçiyə ehtiyacımız yoxdur.”

Lukaşenko bu açıqlamanı ölkədəki vəziyyəti Rusiya prezidenti Vladimir Putinlə telefonda müzakirə edəndən sonra verib. O, Putinlə danışığında avqustun 9-da keçirilən seçkidən sonra baş verən iğtişaşın “artıq Belarusiyaya təhlükə olmadığını” deyib.

Minsk
Minsk

Bundan öncə Polşa, Estoniya, Latviya və Litva rəsmiləri Belarusdakı böhrana son qoymaq üçün vasitəçilik etməyi təklif ediblər.

Avqustun 15-də baş tutan telefon danışığı Lukaşenko mübahisəli seçkidən sonra istefa verməsi üçün artan təzyiqlə üzləşdiyi bir vatxa təsadüf edib. Seçki ölkə boyu misli görülməmiş etirazlar və hökümətin sərt təqibləri ilə nəticələnib.

“Prezidentlər Belarus daxilində və ətrafında baş verən vəziyyəti müzakirə ediblər” – deyə, Belarusun dövlət xəbər agentliyi BelTA xəbər verib, lakin əlavə məlumat paylaşmayıb.

Kreml bildirib ki, iki lider telefon danışığı zamanı Belarusdakı “problemlərin yaxında həll olacaqlarına inamını ifadə edib.”

“Bu problemlər iki ölkə arasında qarşılıqdı faydalı əməkdaşlığa ziyan vurmağa çalışan məhvedici qüvvələr tərəfindən istimar olunmamalıdır,”Kremlin bəyanatında bildirilib.

Lukaşenko daha sonra ordu rəsmiləri ilə görüşdə deyib ki, Putin Belarusu etirazların öhdəsindən gəlmək üçün hərbi dəstəklə təmin etməyə hazırdır.

“Mən onunla razılaşdım ki, ilk tələbimizdə Belarus Respublikasının təhlükəsizliyini təmin etmək üçün bizə hər cür dəstək veriləcək,” o deyib.

O telefon danışığını “uzun və əhəmiyyətli” adlandırıb.

Lukaşenko müdafiə rəsmiləri ilə görüşdə ordu üzvlərinin etirazçılardan təhdidlər aldıqlarını iddia edib.

O, birbaşa etirazçılara müraciət edərək “Odla oynamayıb! Bizim əsgərlərimizin özəlrini və ailələtini qorumaq və ölkənin təhlkülsziliyini təmin etmək üçün kifayət qədər resursalrı var.

O həmçinin bu həftənin əvvəlində minlərə qadının seçkinin nəticələrinə etiraz etmək məqsədilə canlı zəncir qurmalarına istinad edərək etirazçıları “qızların” arxas;nda gizlənməkdə ittiham edib.

Bu arada isə belaruslular avqustun 15-də artıq yeddinci gün dinc etirazlar keçirirlər.

XS
SM
MD
LG