Amerika səfirliyi müsabiqə elan edib
ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikada bir il pulsuz təhsil almaq istəyən şagirdlər üçün elan verib.
Elanda deyilir ki, Gələcəyin Liderlərinin Mübadilə Proqramı Amerika Dövlət Departamenti tərəfindən maliyyələşdirilir və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən idarə olunur.
FLEX proqramı orta məktəb şagirdləri üçün nəzərdə tutulub. Proqramın qalibləri 2014-2015 akademik ili ərzində Amerika məktəblərində təhsil alaraq amerikalıların ailələrində yaşayacaqlar.
İmtahanda iştirak etmək üçün tələblər belədir: 1 yanvar 1997-ci ildən sonra, 15 iyul 1999-cu il tarixindən əvvəl anadan olan şagirdlər və müsabiqə keçirilən zaman 9, 10 və 11-ci siniflərdən birində oxumalıdırlar.
Fiziki məhdudiyyətli şagirdlər üçün tələblər belədir: 1 mart 1996-cı il tarixindən sonra, 15 iyul 1999-cu il tarixindən əvvəl anadan olan şagirdlər və müsabiqə keçirilən zaman 8, 9, 10 və 11-ci siniflərdən birində oxumalıdırlar.
Bütün şagirdlər Azərbaycan vətəndaşı olmalı, beynəlxalq pasport almaq imkanına malik olmalı və Amerikada vizaların verilməsi tələblərinə uyğun gəlməlidirlər.