Prinston Universitetinin Türkiyə və Yaxın Şərq Araşdırmaları Mərkəzinin elmi işçisi Akın Ünvər Amerikanın səsinə müsahibə verib. Müsahibədə cənab Ünvər Türkiyə ilə Azərbaycan arasında enerji əlaqələri, Türkiyənin Ərəb ölkələrində baş verən inqilablara yönəlik fərqli siyasətinin kökündə dayanan əsaslar və bu hadisələrin İran və Azərbaycana sıçracağı təqdirdə Türkiyə hökumətinin sərgiləyəcəyi siyasət barədə danışıb. Müsahibəni sizə təqdim edirik.