ABŞ-ın müdafiə katibinin kəşfiyyat məsələləri üzrə müavini Maykl Vikkers Bakıda səfərdədir. Bu barədə Amerikanın Səsi radiosuna Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.
Cənab Vikkers səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və digər rəsmi şəxslərlə təhlükəsizlik məsələlərini müzakirə edir.