Portlandda komendant saatının ləğvindən sonra nümayişlər kütləviləşib
Your browser doesn’t support HTML5
Mayın 31-də Oreqon ştatının Portland şəhərində Minneapolisdə Corc Floydun öldürülməsinə etiraz edən nümayişçilərlə polis arasında qarşıdurmadan sonra şəhərdə fövqəladə vəziyyət elan edilmişdi. Komendant saatına baxmayaraq son 3 gündür ki, şəhərdə etiraz aksiyaları davam edirdi. Bazar ertəsi nümayişlərin dinc şəraitdə keçməsindən sonra şəhər meri Ted Viler komendant saatını ləğv etdi. Növbəti gün şəhərin mərkəzi Pioner meydanına toplaşan minlərlə etirazçı "Qaraların həyatları mühümdür", "Ədalət yox, sülh də yox!", "Əlləri qaldırıdım, güllə atma!" və digər polis zorakılıqlarına və irqçiliyə qarşı şüarlar səsləndirib. Daha sonra nümyişçilərlə polis arasında yaşanan toqquşmadan sonra polis yüzlərlə insanın olduğu izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İyunun 2-də gecə saatlarında Portland şəhərində baş verən hadisələri əməkdaşımız Vüqar Bəhmənzadə işıqlandırır.