“Polis zorakılığının başlıca səbəbi İlham Əliyevin ölkədə yaratdığı cəzasızlıq mühitidir”

Rəsul Mürsəlov

Siyasi fəal Rəsul Mürsəlov Amerikanın Səsinə müsahibəsində polisin Yasamal rayonunun sakinlərinə qarşı etdiyi zorakı rəftarını şərh edib.

Your browser doesn’t support HTML5

“Polis zorakılığının başlıca səbəbi İlham Əliyevin ölkədə yaratdığı cəzasızlıq mühitidir”

Rəsul Mürsəlovun sözlərinə görə, polis həyata keçirdiyi əməliyyat zamanı göstərdiyi davranış heç bir qanuna uyğun gəlmir.

“Birincisi, konstitusiyanın müvafiq maddələrinə görə heç bir məhkəmə qərarı olmadan başqasının əmlakına hücum faktı var ortada. Digər məsələ isə polisin heç bir müqavimət olmadığa halda dinc insanlara qarşı kütləvi şəkildə və xüsusi amansızlıqla şiddət göstərməsidir ki, bu da qəbuledilməzdir.”

Siyasi fəal qeyd edir ki, əməliyyatın polis tərəfindən qeydə alınaraq, yayımlanması ölkədə qorxu mühiti yaratmağa hesablanmış addım idi.

Bu ölkədə qorxu mühiti yaratmağa hesablanmış addım idi.

“Azərbaycanda polis zorakılığının çox şahidi olmuşuq, hətta polis bölmələrində işgəncə altında ölən insanlar barədə də məlumatlıyıq. Ancaq Yasamalda baş verən hadisənin ictimailəşməsi həm də polisin marağında bir məsələ idi. Polisin həmin müdaxiləsi təmamilə qanunlara zidd idi,

Daxili İşlər Nazirliyi isə bunu videoya çəkərək, insanlara göstərdi. Bu ölkədə qorxu mühiti yaratmağa hesablanmış addım idi. Ölkədə heç kimdən qorxmadıqlarını və heç nədən çəkinmədən insanlara göstərirlər ki, bəli, biz şiddətə baş vururuq, bəli, biz insanların üzərində bu cür sınaqlar keçirə bilərik.”

Cənab Mürsəlov əlavə edir ki, polis əməliyyatdan bir gün öncə baş verən hadisəyə adekvat şəkildə cavab verərək həmin şəxsləri sadəcə inzibati qaydada cəzalandıra bilərdi.

Orada sadəcə inzibati xəta sayılacaq qanun pozuntuları olmuşdu.

“Hadisədən bir gün öncə polisin bir şəxsə qarşı zorakılığına məhəllə sakinləri sivil şəkildə etiraz etməyə başlamışdılar. Orada sadəcə inzibati xəta sayılacaq qanun pozuntuları olmuşdu. Sakinlər nə daş atmışdı, nə güllə, nə də partlayıcı maddə. Sadəcə məişət tullantılarını ataraq etiraz edirdilər. Polis bu vəziyyətdə insanları başa düşməyə çalışmalı idi. Çünki, insanlar evə həbs olunmuşdu, insanların psixoloji durumunda yaşanılanlar və s. nəzərə alınmaqla insanların polisə qarşı həmin etirazını normal qarşılamaq olardı.

Əslində bu hadisəni çox yüngül şəkildə həll edə və hətta polisin özü açıqlama verərək öz imicini yüksəldə bilərdi. Acaq polis nə etdi? Qeyri-adekvat gücdən istifadə edərək, səhər tezdəndən insanların mənzillərinə soxularaq onlara qarşı zorakılıq nümayiş etdirdi.”

Sivil ölkələrdə heç bir prezident deyə bilməz ki, kimsə qanunsuzluq edərsə ona qarşı heç bir addım atılmayacaq.

Rəsul Mürsəlov bildirir ki, polisin insanlara qarşı bu cür amansız davranmasının başlıca səbəbi ölkə prezindetinin onları cəzalandırmayacağını bəyan etməsidir.

“Polisin bu cür zorakı davranışlarının əsas səbəblərindən biri də, İlham Əliyevin bir neçə il öncəki çıxışında açıq şəkildə polisin etdiyi heç bir əmələ görə heç kim tərəfindən cəzalandırmayacağını bildirməsidir. Bu çıxışın arxasında polisin etdiyi bütün qanunsuzluqlara bəraət qazandırmaq durur. Sivil ölkələrdə heç bir şəxs, heç bir ölkə rəhbəri deyə bilməz ki, kimsə qanunsuzluq edərsə ona qarşı heç bir addım atılmayacaq. Bu təmamilə absurddur.”